İcra başçısının qohumunu qaçıranlar tutuldu

İcra başçısının qohumunu qaçıranlar tutuldu
Bütün Xəbərlər
17:44 24.12.2014
1315
Azərbaycanda yetkinlik yaşına çatmamış qızını qaçıran şəxs tutulub.
Hadisə Masallı rayonunda qeydə alınıb. Masallı rayon sakini, orta məktəb şagirdi (Ə. G) naməlum şəxs tərəfindən qaçırılıb. Bu barədə polisə məlumat daxil olan kimi dərhal əməliyyat qrupu yaradılıb. Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən Bəhruz Rəhimov Bakı şəhərinə qaçarkən yolda saxlanılıb. Qız ailəsinə təhvil verilib.
Məlumata görə, qaçırılan qız Daşkəsən rayon İcra Hakimiyyəti başçısının Əhəd Abıyevin qohumudur.
Masallı Rayon Polis Şöbəsindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, faktla bağlı araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR