Zaqatalada ağır yol qəzası baş verib.
AZXEBER.COM Lent.az-a istinadən xəbər verir ki, hadisə Zaqatala-Qax yolunun rayonun Muxax kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Qəza zamanı "Opel” və "VAZ 2199” markalı avtomobillər toqquşub. Nəticədə, "VAZ”ın sürücüsü Laçın Hacıyev hadisə yerində ölüb, bir neçə nəfər isə yaralanıb.
Əldə edilən məlumata görə, qəzada ölən şəxs Zaqatalanın icra başçısının sürücüsüdür.
Faktla bağlı araşdırma aparılır.











































