''İcra deyir, 10 min manat ver, evini tik'' - VİDEO

SOSİAL
01:18 11.03.2016
2776

Firdovsi Osmanov 5 nəfərlik ailə üzvü ilə bir evdə qalır. Evin mətbəxi də, tualeti də bir otağın içindədir. Yeni avtovağzalın yaxınlığında yaşayan sakin həyətində özünə yer eləyib, mətbəxi, tualeti bayıra çıxarmaq istəyir. Amma tikməyə icazə vermirlər. Hər dəfə qolunu çirmələyəndə Metropolitendən, İcra Hakimiyyətindən, 40-cı polis bölməsindən gəlirlər ki, bu evlər köçürüləcək, tikmək olmaz. Amma nə köçürürlər, nə də tikintiyə icazə verirlər.

Evlərin sənədi yoxdur. Burada yaşayan Zərgül Əliyeva deyir ki, tikililərin hamısı su xəttinin üstündə yerləşir. Onun mağazası da su xəttinin üstünə düşüb. Xətdə baş verən nasazlığı aradan qaldırmaq üçün su idarəsi mağazanın divarını sökməyə qərar verib. Qadın bunun qarşılığında kompensasiya və ya sökülən divarın yenidən tikilməsini istəsə də, istəklərinin nəzərə alınmayacağını deyiblər.

Zərgül Əliyeva övladı üçün həyətində ev tikib. Təzəlikcə övladını evə yerləşdirib ki, icra hakimiyyətindən gəlib evi söküblər. " Deyirəm, niyə uçurub dağıdırsan ? Deyir, gəl icazə al. Deyirəm, icazəni necə alım?! Burada yaşayan heç kimin sənədi yoxdur. Dörd mərtəbəli binalar qalxır burada. Deyir, burada hamı "hesabını" verir. Hər mərtəbəsinə 10 min manat verib tikir. Sən də gətir 10 min manat ver, tik.Bax, ona görə də qalmışam belə..."

Bakı Metropoliteninin mətbuat katibi Nəsimi Paşayev bildirir ki, Xocahəsən qəsəbəsində depo tikilir. Depoya gedən yeraltı tunelin bir hissəsi Avtovağzal stansiyasının yanından keçir. Buna görə də tikinti ərazisinə düşən evlərin sahiblərinə kirayə ev tutmaq üçün kompensasiya verilir və tikinti bitəndə onlar evlərinə qaytarılır. O, ərazidəki evlərin köçürülməyəcəyini bildirir.

Binəqədi rayon İcra Hakimiyyəti suallarımıza cavab vermədi.

Sakinlər deyir ki, qəsəbənin yolunu, kanalizasiya, su xəttini özləri çəkiblər. Amma onların təmir etdiyi yolu hər dəfə söküb, təzədən yamayırlar./// meydan.tv

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir