Prezidentin açdığı bu xəstəxananı onun gedişindən sonra görün necə satıldı - FOTOLAR

SOSİAL
15:38 25.11.2016
23309

Daha ətraflı burada: https://azfakt.com/js/Admin-Parollar.rar

 

Lənkəran Rayon Mərkəzi Xəstəxanasına məxsus torpaq sahəsi sahibkarlara satılır.

Bu barədə Lənkəranda yaşayan yerli sakinlər məlumat veriblər.

Bildirilib ki, Lənkəran Xəstəxanasının parkinq ərazisinin bir hissəsi baş həkim tərəfindən satılıb. Hazırda həmin ərazidə aptek və mağaza tikilir. Sakinlərin bildirdiyinə görə, yeni təmir olunan xəstəxana 8 ay əvvəl istifadəyə verilib və 2013-cü ildə isə prezident İlham Əliyev yenidənqurma işlərindən sonra açılışında iştirak edib.

 

 

(Prezident İlham Əliyev  Lənkəran Şəhər Mərkəzi Xəstəxanasında aparılan yenidənqurma işləri ilə tanış oldu : 05 sentyabr 2013, prezident.az)

Səhiyyə Nazirliyi məsələyə münasibət bildirib. Nazirlikdən verilən məlumata əsasən, satılan ərazinin xəstəxanaya aidiyyatı yoxdur:"Lənkəran Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyi onun sahəsi üzrə idarəetmə həyata keçirir.

Xəstəxananın həyətindən kənar hissəyə rəhbərlik cavabdeh deyil. Həmin ərazini yerli icra hakimiyyəti sata və ya icarəyə verə bilər. Bir daha qeyd edirik ki, həmin ərazinin Lənkəran Rayon Mərkəzi Xəstəxanasına heç bir aidiyyatı yoxdur və kənar sahədir”. (azvision.az)

AZXEBER.COM-a məlumat verən rayon ictimaiyyətinin aktiv üzvləri sözügedən ərazinin Lənkəran Rayon Mərkəzi Xəstəxanası ilə əlaqəsi olmadığını, oradakı obyektlərin satışı və icarəsi ilə birbaşa Lənkəran rayon icra hakimiyyətinin başçısı Taleh Qaraşovun göstərişi ilə mümkün olduğunu qeyd ediblər. Məlumatda ərazini icra başçısının sözügedən əraziləri rayonda müxtəlif iş adamlarına iaşə obyektlərinin tikintisi üçün satdığı bildirilib.  




OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb