İcra nümayəndəsinin oğlunun qatili tutuldu

İcra nümayəndəsinin oğlunun qatili tutuldu
Bütün Xəbərlər
00:29 15.09.2011
1665

Qusar rayon İcra Hakimiyyəti başçısının Köhnə-Xudat inzibati ərazi vahidliyi üzrə icra nümayəndəsi Şöhrət Talıbovun qətlə yetirilən oğlunun ölümündə təqsirli bilinən şəxs məsuliyyətə cəlb olunub. 10 sentyabr 2011-ci il tarixində Qusarda toy şənliyindən sonra törədilən qətldə təqsirli bilinən İsmixanov Əhmədbəy Səfixan oğlunun qoluna qandal vurulub. Qeyd edib ki, 32 yaşlı Qusar şəhər sakini Kamil Talıbov qohumlarının toy şənliyindən evə qayıdarkən küçədə naməlum şəxslərdən biri tərəfindən yumruqla vurulub. Yerə yıxılan Kamilin başı səkiyə dəyib. Bundan sonra özünü pis hiss etdiyini deyən Talıbovu yaxınları evinə aparıb. Aldığı baş beyin travmasından Talıbov hadisədən bir gün sonra yaşadığı evdə keçinib. Ölən şəxsin babası Məlikəhməd Talıbov hadisə ilə bağlı ANS-ə bunları deyib: "Toy mənim qardaşım oğlunun toyudur. Ölən mənim nəvəmdir, arvadı, iki uşagi var. Bizim nəslimizdə tarix boyu belə şey olmayıb". Hadisədə təqsirli bilinən əslən Qusardan olan Sumqayıt şəhər sakini, 1984-cü il təvəllüdlü İsmixanov Əhmədbəy Səfixan oğlu barəsində həbs qəti-imkan tədbiri seçilib. Təqsirləndirilən şəxs Əhmədbəy İsmixanov hadisədən peşman olduğunu deyib. Faktla bağlı cinayət işi başlanılıb.

OXŞAR XƏBƏRLƏR