İctimai Palata Bakının mərkəzində aksiya keçirdi, 18 nəfər saxlanıldı - VİDEO

İctimai Palata Bakının mərkəzində aksiya keçirdi, 18 nəfər saxlanıldı - VİDEO
Bütün Xəbərlər
21:11 14.05.2012
1527
Bu gün İctimai Palatanın (İP) qanunsuz keçirməyə cəhd göstərdiyi aksiyasında 18 nəfər polis tərəfindən saxlanılıb.Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə bildirib. O qeyd edib ki, bu gün bir qrup şəxs paytaxtda Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış piket keçirməyə cəhd göstərib. Polis tərəfindən cəhdin qarşısı alınıb. Bu zaman qanunsuz piket keçirməyə cəhd edən 18 nəfər polis tərəfindən saxlanılıb. Onlardan 10 nəfəri xəbərdarlıq edilərək sərbəst buraxılıb. 8 nəfərə isə inzibati qaydada yazılı xəbərdarlıq edilib. Qeyd edək ki, bu gün İP Səbail rayonu ərazisində, İstiqlaliyyət küçəsində və Fəvvarələr meydanında razılaşdırılmamış etiraz aksiyası keçirməyə cəhd edib.
OXŞAR XƏBƏRLƏR