İctimai Palata Fransaya bəyanat göndərdi

İctimai Palata Fransaya bəyanat göndərdi
Bütün Xəbərlər
17:08 19.01.2012
1184
İctimai Palatanın Fransa Senatında qondarma “erməni soyqırımı” haqqında qanunun müzakirəsi ilə bağlı bəyanat yayıb.AZXEBER.COM-un verdiyi məlumata görə, bəyanatda qeyd olunur ki, “erməni genosidi” deyilən hadisənin rəsmən tanınması və bunun inkar edilməsinə görə cəza müəyyən edilməsini nəzərdə tutan qanunun tələm-tələsik Senatda müzakirəyə çıxarılması Azərbaycan cəmiyyətində həyəcana və qəzəbə səbəb olub.Bəyanatda vurğulanır ki, XX əsrin sonu, XXI əsrin əvvəllərində ermənilər tərəfindən torpaqlarının önəmli bir hissəsi işğal olunmuş, 100 minlərlə insanı qanuni ərazilərindən etnik təmizləmə nəticəsində didərgin salınmış, 10 minlərlə mülki vətəndaşı qətlə yetirilmiş, əsrin faciələrindən olan Xocalı soyqırımına məruz qalmış Azərbaycan xalqı Fransa parlamentinin bu addımını başa düşmür, qəbul etmir və qətiyyətlə pisləyir. Ermənilərin öz qonşularına qarşı haqsız iddiaları 3 əsrdir ki, regionda xalqlar arasında mehribançılıq, dinc yanaşı yaşamaq, milli tolerantlıq münasibətlərinin formalaşması, təminatlı təhlükəsizlik üçün təhdid, münaqişə, düşmənçilik mənbəyidir. Erməni iddialarının sonu görünmür və regionda elə bir xalq, dövlət yoxdur ki, bu haqsız və əsassız iddialardan zərər çəkməsin: “Dünya və region dövlətləri tarixən yaranmış konfliktlərin nizama salınması üçün böyük səylər göstərdiyi, kompromislər, həll yolları aradığı bir zamanda Fransa parlamentində müzakirəyə çıxarılan qanun layihəsi münaqişəni körükləməklə, təcavüzkarın şirnikləndirilməsinə xidmət etməklə beynəlxalq provokasiya rolu oynayır. Biz heç cür qəbul etmirik ki, dünyaya müasir azadlıq mədəniyyətini bəyan etmiş Fransada tarixi bir hadisəyə münasibətdə müstəqil fikrə malik olmaq, elmi araşdırma aparmaq hüququna qadağan qoyulur, düşüncə, ifadə azadlığına görə cəza müəyyən edilir. Əsas insan hüquq və azadlıqları haqqında beynəlxalq öhdəliklərə zidd olan bu mürtəce akt Böyük Fransa inqilabının devirdiyi orta əsr zülmətinə qayıtmaqdır”.İctimai Palata hesab edir ki, yaranmış vəziyyət yalnız Türkiyəyə qarşı yox, regionun bütün xalqlarına, özəlliklə müsəlman və türk xalqlarına qarşı yönəlib və buna adekvat münasibət göstərilməlidir. Azərbaycan hər zaman qardaş və strateji müttəfiqi olan Türkiyə xalqının və dövlətinin yanındadır və yanında olacaq: “İctimai Palata Azərbaycan – Türkiyə Strateji Əməkdaşlıq Şurasının təcili ən yüksək səviyyədə toplanıb vəziyyətlə bağlı birgə qərarlar qəbul edib, hərəkətlərinin müəyyənləşdirilməsinin zəruriliyi haqqında təklifini bir daha xatırladır”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Avropa Parlamentinin deputatları Aİ-ni İsrailə qarşı sanksiyalar tətbiq etməyə çağırıb
21:33 29.07.2025
Avropa Parlamentinin deputatları Aİ-ni İsrailə qarşı sanksiyalar tətbiq etməyə çağırıb
Sahibə Qafarova: Bugünkü dünya daha da parçalanıb, tərəqqi isə daha da azalıb
21:26 29.07.2025
Sahibə Qafarova: Bugünkü dünya daha da parçalanıb, tərəqqi isə daha da azalıb
Sahibkarlara XƏBƏRDARLIQ – Mühasiblərin bu səhvi sizi azadlıqdan məhrum edə bilər – MÜSAHİBƏ
21:21 29.07.2025
Sahibkarlara XƏBƏRDARLIQ – Mühasiblərin bu səhvi sizi azadlıqdan məhrum edə bilər – MÜSAHİBƏ
Azərbaycanın iki güləşçisi dünya çempionatında finala yüksəlib
21:05 29.07.2025
Azərbaycanın iki güləşçisi dünya çempionatında finala yüksəlib
Çin və ABŞ arasında tarif güzəştlərinin müddəti üç ay uzadıldı
20:53 29.07.2025
Çin və ABŞ arasında tarif güzəştlərinin müddəti üç ay uzadıldı
"Turan Tovuz" yoxlama oyununda Türkiyə klubu ilə heç-heçə edib
20:40 29.07.2025
"Turan Tovuz" yoxlama oyununda Türkiyə klubu ilə heç-heçə edib
Liviya sahillərində gəmi qəzasında 18 nəfər ölüb
20:35 29.07.2025
Liviya sahillərində gəmi qəzasında 18 nəfər ölüb
Tokayev Ərdoğanla müzakirə apardı
20:22 29.07.2025
Tokayev Ərdoğanla müzakirə apardı
Şərurda 16.5 ton ot bağlaması yanıb
20:18 29.07.2025
Şərurda 16.5 ton ot bağlaması yanıb
Yevlaxda ağır yol qəzasında bir ailənin beş üzvü xəsarət alıb
20:08 29.07.2025
Yevlaxda ağır yol qəzasında bir ailənin beş üzvü xəsarət alıb
Ukraynada 60 yaşdan yuxarı şəxslərin hərbi xidmət keçməsinə icazə verildi
19:57 29.07.2025
Ukraynada 60 yaşdan yuxarı şəxslərin hərbi xidmət keçməsinə icazə verildi
Fransa yaxın günlərdə Qəzzaya humanitar yardım göndərəcək
19:36 29.07.2025
Fransa yaxın günlərdə Qəzzaya humanitar yardım göndərəcək
Tacikistan və Qırğızıstan dövlət sərhədinin demarkasiya prosesini müzakirə edib
19:09 29.07.2025
Tacikistan və Qırğızıstan dövlət sərhədinin demarkasiya prosesini müzakirə edib
Nadir Qafarzadə: “Castinin konsertinə bu qədər insanın getməsi o deməkdir ki, xalq gözəl yaşayır”
18:57 29.07.2025
Nadir Qafarzadə: “Castinin konsertinə bu qədər insanın getməsi o deməkdir ki, xalq gözəl yaşayır”
Moskva-İrəvan reysləri ləğv olundu
18:56 29.07.2025
Moskva-İrəvan reysləri ləğv olundu
"Aeroflot" iyulun 29-da "Şeremetyevo" hava limanında 53 reysi ləğv edib
18:37 29.07.2025
"Aeroflot" iyulun 29-da "Şeremetyevo" hava limanında 53 reysi ləğv edib