İctimai Palata İctimai TV-nin qarşısında piket keçirəcək

İctimai Palata İctimai TV-nin qarşısında piket keçirəcək
Bütün Xəbərlər
15:51 22.05.2012
1391
"İctmai televiziya rəhbərliyin və Yeni Azərbaycan Partiyası üzvlərinin mövqeyini nümayiş etdirir".Bunu Müsavat Partiyasının sədr müavini Tofiq Yaqulu bildirib. O deyib: “İctimai Palatanın piketi mayın 24-də saat 13:00-da İctimai televiziyanın binası qarşısında keçiriləcək. Toplaşma azadlığı ilə bağlı qanuna əsasən, piketdə 50-ə yaxın insan iştirak edə bilər”.Onun sözlərinə görə, piketin məqsədi İctimai televiziyanın kiməsə məxsus deyil, həqiqətən də ictimai kanal olmasını tələb etməkdir.Sədr müavini vurğulayıb ki, əvvəl İctimai televiziya siyasi qüvvələrin televiziya məkanında bərabərhüquqlu fikir bildirmələri üçün şərait yaratmaq məqsədi ilə açılmışdı. Təəssüf ki, bu, belə olmadı. Televiziya sadəcə rəhbərlik və Yeni Azərbaycan Partiyasının mövqeyini nümayiş etdirir.
OXŞAR XƏBƏRLƏR