İctimai Palata aprelin 22-də Bibiheybət qəsəbəsi, 20-ci sahə, Sürücülük Məktəbinin həyətindəki meydançada mitinq keçirib.
AZXEBER.COM-un məlumatına görə, 16.00-dan 18.00-dək keçirilən mitinqdə müxtəlif şüarlar səsləndirilib.
Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılan mitinqdə qətnamə səsləndirilib. Qətnaməyə əsasən növbəti aksiyanın mayın 6-da keçirilməsinə qərar verilib.
Qeyd edək ki, razılaşdırılmış şəkildə keçirilən mitinqdə polis əməkdaşları təhlükəsizlik tədbirlərini gücləndirib.