Ictimai Palata tələb edir: Türkiyə ilə viza rejimi ləğv olunsun

Ictimai Palata tələb edir: Türkiyə ilə viza rejimi ləğv olunsun
Bütün Xəbərlər
10:05 22.06.2011
1831
Bu barədə KŞ üzvü Pənah Hüseyn məlumat verib.

Onun sözlərinə görə, hakimiyyətə göndərilməsi və ictimaiyyətə yayılması planlaşdırılan bəyanatda bildirilir ki, Azərbaycanın bir nömrəli strateji müttəfiqi olan Türkiyə ilə və türk milləti ilə münasibətlərində nə siyasi, nə iqtisadi, nə diplomatik maraqlarla məntiqi bir izahı olmayan viza rejiminin hələ də ləğv olunmaması kəskin pislənilib. Azərbaycan hökumətinin Türkiyə vətəndaşlarına viza rejimini ləğv etməməsi Azərbaycanın milli maraqların zidd hərəkət kimi qiymətləndirilib. Tələb edilib ki, Azərbaycan tərəfi türk vətəndaşları üçün viza rejimini təcili şəkildə heç bir şərt irəli sürmədən ləğv etsin. Bəyanatda həmçinin tələb edilir ki, Türkiyə ilə viza rejiminin ləğv olunmasını tormozlayan, buna əngəl olan amillər və şəxslər barədə də məlumat verilsin. Təqsirli şəxslərin ifşa olunmasına ehtiyac olduğu vurğulanır.

Bəyanatda Avropa Birliyi ölkələri ilə gediş-gəlişin sadələşdirilməsi prinsiplərinin tətbiqi hökumətdən tələb olunub. O cümlədən Azərbaycan barədə gediş-gəliş məsələsində müsbət qərarlar qəbul etmiş digər ölkələr haqda da onların atdığı addıma müvafiq qərarların qəbulu tələb olunub.

OXŞAR XƏBƏRLƏR