İctimai Palatanın Koordinasiya Şurasının yeni üzvləri bəlli oldu
Bütün Xəbərlər
09:59 09.01.2012
1210
Bu gün İctimai Palatanın (İP) növbəti sessiyası keçirilib. APA-nın məlumatına görə tədbirdə, sessiyaya Müsavat başqanı İsa Qəmbər sədrlik edib. Sessiyada ictimai-siyasi vəziyyət, 2012-ci ildə İP-in vəzifələri ilə bağlı müzakirələr aparılıb.Müsavat başqanı İsa Qəmbər İP-nin fəaliyyəti barədə məlumat verib. Hacı İlqar İbarhimoğlu isə ötən bir ayda İctimai Palatanın onun sədrliyi dövründə gördüyü işlərdən danışıb. AXCP sədri Əli Kərimli isə çıxışında İctimai Palatanın tərkibinin genişlənməsi, Rafiq Tağının qətli və Fransa parlamentində qondarma “erməni soyqırımı”nı inkar edənlərə cəza nəzərdə tutan qanunun müzakirəsi ilə bağlı məsələlərdən danışıb. Daha sonra İP Koordinasiya Şurasına (KŞ) seçkilər başlayıb. Bildirilib ki, KŞ üzvlüyünə 22 namizəd olub. Bunlardan ikisi-İmamverdi Cəfərov və Əli Orucov namizədliyini geri götürüb. KŞ-nin üzvlərinin sayının 17 nəfər olması nəzərdə tutulub, bu struktura üzvlüyə isə 20 iddialı olub. Namizədlər çıxış edərək, özləri və siyasi fəaliyyətdəki gələcək düşüncələri barədə məlumat veriblər. Keçirilmiş gizli səsvermədən sonra İP KŞ-nın üzvləri bəlli olub: 1. Aqil Səmədbəyli- Bütöv Azərbaycan Birliyinin Mərkəzi Şurasının sədri2. Ədalət Yusubov - Klassik Xalq Cəbhəsi Partiyasının sədr müavini3. Əli Kərimli - AXCP sədri)4. İbrahim İbrahimli- müstəqil siyasətçi5. Hacı İlqar İbrahimoğlu-DEVAMM-ın sədri6. İsa Qəmbər -Müsavat Partiyasının başqanı7. Köçəri Nağıbəyli- Qərbi Azərbaycan Azadlıq Təşkilatının sədri8. Qələndər Muxtarlı- Azərbaycan Millətçi Demokrat Partiyasının sədri9. Leyla Əliyeva- müstəqil politoloq10. Rahim Hacıyev - “Azadlıq” qəzeti redaktorunun birinci müavini11. Mehriban Vəzir -yazıçı-publisist12. Mirvari Qəhrəmanlı - hüquq müdafiəçisi 13. Pənah Hüseyn- keçmiş baş nazir14. Rafiq Manaflı- Vətəndaş Həmrəyliyi Partiyası Ali Məclisinin sədri15. Rauf Arifoğlu -“Yeni Müsavat” qəzetinin baş redaktoru16. Vidadi Mirkamal- ədliyyə generalı17. Zəfər Quliyev- müstəqil politoloq, analitik Beləliklə, namizədliyi irəli sürülənlərdən Vətəndaş Hərəkatı Forumunun həmtəsisçisi İxtiyar Abdalov, fəlsəfə elmləri doktoru Sotanhəmid Məlikov və Vaqif Hacıbəyli KŞ-nın üzvlüyünə seçkilərdə məğlub olublar.