14:35 Cümə, 25 May 2018
GƏNCLİK

İctimai sektorun akademik proqramı yekunlaşdı

15:16, 16.05.20184577
İctimai sektorun akademik proqramı yekunlaşdı
Gənclər üçün Təhsil Mərkəzi İB-nin nəzdində fəaliyyət göstərən "QHT Məktəbi”-nin 2018-ci il yaz təlimləri proqramına yekun vuruldu.
 
AZXEBER.COM xəbər verir ki, məktəbin əsas məqsədi vətəndaş cəmiyyəti institutları üçün kadrlar hazırlamaq, eyni zamanda QHT sektoru ilə maraqlanan şəxslərin bilik və təcrübəsini artırmaqdır.

QHT Məktəbi çərçivəsində iştirakçılara QHT fəlsəfəsi, QHT-lərin yaradılması, idarəedilməsi və strukturunun inkişafı, üzvlərin cəlb olunması yolları, QHT-lərdə ictimaiyyətlə əlaqələrin qurulması (PR), beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, layihə təkliflərinin hazırlanması, maliyyə axtarışı, layihələrin proqram və maliyyə idarəetməsi, monitorinq və qiymətləndirmə, QHT-lərdə kargüzarlıq işinin təşkili və s. mövzular tədris olunub.

Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə bildirib ki, Məktəb özlüyündə III sek¬to¬run for¬ma¬laş¬dı¬rıl¬ma¬sı, in¬ki¬şa¬fı, fə¬al¬lı-ğı, hə¬min qu¬rum¬la¬rın kadr po¬ten¬sia¬lı, in¬san re¬surs¬la¬rı mə¬sə¬lə¬lə¬ri¬ni də ak¬tu¬al edib. Bu gün əminliklə deyə bilərik ki , təlim kursunun 25 məzunu yeni yaradılan və fəaliyyət sahəsini genişləndirməkdə olan QHT-lər üçün yararlı kadr potensialıdır.

Nəzəri və praktiki hissələrdən ibarət olan qış təlimləri 2 ay davam edəcək. Təlimlər tanınmış QHT mütəxəssisləri, habelə təcrübəli QHT rəhbərləri tərəfindən tədris olunub.

XƏBƏR LENTİ