"İdeal" gənc yazıçının ittihamlarına cavab verdi - AÇIQLAMA

"İdeal" gənc yazıçının ittihamlarına cavab verdi - AÇIQLAMA
SOSİAL
13:06 05.09.2019
5386
IDEAL parfümeriya və kosmetika mağazalar şəbəkəsi yazıçı Türkan Turanın ittihamlarına cavab verib. 
 
Şirkətdən AZXEBER.COM-a verilən açıqlamada deyilir: Türkan Turanın sosial şəbəkədə və bəzi xəbər saytlarında paylaşımına dair bildirmək istəyir ki, şirkət haqqında yazılan şikayətlər əsassızdır və həqiqəti əks etdirmir.

Qeyd etmək istərdik ki,cəmiyyətdə müəyyən nüfuza malik insanların araşdırma etmədən bu cür əsassız məlumatlar verməsi bizdə böyük təəssüf hissi doğurur.
Cinayət Məcəlləsinin 147-ci maddəsinin birinci bəndinə uyğun olaraq şirkəti nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında əsassız olaraq yaymaq qanuna ziddir. Eyni zamanda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənən siyahıya əsasən pərakəndə satış obyektlərində dəyişdirilməli olmayan malların siyahısına pafüm və kosmetik vasitələr də daxildir.

Xatırladaq ki, "İdeal” yalnız özünü təsdiq etmiş təchizatçılarla əməkdaşlıq edir və müştərilərinə  yalnız orjinal məhsulları təqdim edir.
Adı çəkilən brendin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş gigiyenik sertifikatı mövcuddur https://bit.ly/2ku2j2u ki, bu da onun orijinallığını bir daha sübut edir.

Məlumat üçün qeyd edək ki, yazıçı Türkan Turan 20.08.2019 tarixində "İdeal”ın VİP bölümündən aldığı "Tom Ford White Patchouli” adlı ətiri qoxusu daimi qalmadığı üçün qaytarmaq istəsə də, buna nail ola bilməyib. 
OXŞAR XƏBƏRLƏR