Azərbaycann ən böyük parfum və kosmetika mağazalar şəbəkələrindən biri olan İDEAL şirkəti jurnalistlər üçün mətbuat konfransı keçirib.
AZXEBER.COM xəbər verir ki, konfransda iştirak edən şirkətin baş direktoru İlqar İsmayılov“İDEAL” şirkətinin mövqeyi, yarandığı gündən əldə etdiyi nailiyyətlər və uğurlar, 2016-cı ilə olan planları, habelə son zamanlar parfum və kosmetika sektoru ilə bağlı yaranmış bəzi streotiplər, yanlış təsəsvvürlərin formalaşması ilə bağlı jurnalistlərə fikrini bildirib. O, mətbuatda “İdeal” şirkəti haqqında gedən araşdırmalara münasibət bildirərək yazılanların əsassız olduğunu qeyd edib.
Görüşdə şirkəti həmçinin kommersiya direktoru Vladislav Oleynik, marketinq kommunukasiyaları departamentinin rəhbəri təmsil edirdi və mütəmadi olaraq aidiyyatı üzrə jurnalistlərin və bloqerlərin sualları cavablandırıldı.
Mətbuat konfransında “İdeal”ın əməkdaşlıq etdiyi kosmetik məhsulların istehsalı ilə məşğul olan şirkət rəhbərlərinin iştirak etdiyi videorolik nümayiş olunub. Videorolikdə “Colistar”, “İsadora”, “Esteban”, “Micallef”, “Lumine” və başqa brendlərin rəhbərləri son günlər Azərbaycan mətbuatında “İdeal”la bağlı yayımlanan xoşagəlməz xəbərlərin doğru olmadığını və şirkətlə yaxından əməkdaşlıq etdiklərini deyiblər.
Mətbuat konfransında tanınmış şoumen Murad Dadaşov da iştirak edib. O da şirkətin məhsulları ilə bağlı yüksək fikirlər səsləndirib və yayılan iddiaların doğru olmadığını bildirib.
Şirkət rəsmisi istehlakçıların aldıqları hansısa kosmetik vasitələri bəyənmədikləri təqdirdə onları geri qaytarmaq hüququna malik olduqlarını deyib. O, müştərilərin “İdeal” mağazalarında qarşılaşdıqları hansısa neqativ hallarla bağlı gün ərzində zənglərə cavab verən “970” qaynar xəttinə məlumat vermələrini xahiş edib. Eyni zamanda müştərilərin həmin qaynar xəttə maraqlandıqları istənilən sualla müraciət edə bildiklərini də əlavə edib.
Xatırladaq ki, ötən həftə “İdeal” şirkətinin satışda olan məhsullarının orjinal olmaması ilə bağlı mətbuatda müxtəlif informasiyalar dərc edilmişdi .





