IDF: İsraillə ABŞ hərbi əməliyyatlar üçün aylar əvvəl hazırlıq görüb

IDF: İsraillə ABŞ hərbi əməliyyatlar üçün aylar əvvəl hazırlıq görüb
DÜNYA
13:33 28.02.2026
280
İsrail və ABŞ İrana qarşı hərbi əməliyyatlar üçün aylar əvvəl hazırlıqlar görüb.

Bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) bəyanatında bildirilib.

"Hücumdan əvvəlki aylarda IDF və ABŞ ordusu arasında yaxın və müştərək planlaşdırma həyata keçirilib. IDF bu əməliyyat üçün bütün qüvvələri ilə dəqiq və uzunmüddətli hazırlıq prosesi həyata keçirib. Bura həm müdafiə, həm də hücum qabiliyyəti daxildir. Baş Qərargah rəisi və ordu komandirləri hazırda vəziyyəti qiymətləndirirlər. Hazırda İsrail Hərbi Hava Qüvvələri dəqiq kəşfiyyat məlumatına əsaslanaraq, İranda hədəfləri vurmağa davam edir. Əməliyyatlar lazım olduğu qədər davam edəcək”, - bəyanatda qeyd edilib.
OXŞAR XƏBƏRLƏR