İdmançı prezidentliyə namizəd oldu

İdmançı prezidentliyə namizəd oldu
İDMAN
21:35 09.11.2026
85
Fransalı əfsanəvi cüdoçu, beşqat Olimpiya çempionu Teddi Riner 2027-ci ildə keçiriləcək prezident seçkilərində namizəd olacağını açıqlayıb.

37 yaşlı idmançı bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

"Ölkəmizin üzləşdiyi çətinliklərlə barışmaq geri çəkilmək deməkdir. Mən sadəcə tamaşaçı olaraq qalmaqdan imtina edirəm. 2027-ci il prezident seçkilərində namizədliyimi irəli sürürəm. Fransanın çətinlikləri aşmaq üçün məsuliyyətə, sağlam düşüncəyə və kollektiv gücə ehtiyacı var. Biz təslim olmuruq”, – deyə Riner bildirib.

Fransada prezident seçkilərinin birinci turu 2027-ci il aprelin 18-də, zərurət yaranarsa, ikinci turu mayın 2-də keçiriləcək.

Hazırkı Prezident Emmanuel Makron iki dəfə seçildiyi üçün növbəti seçkilərdə namizəd ola bilməyəcək.

Qeyd edək ki, Teddi Riner cüdo tarixinin ən titullu idmançılarından biridir. O, beşqat Olimpiya, 12 qat dünya və beşqat Avropa çempionudur.
 
///modern.az
OXŞAR XƏBƏRLƏR