İdmançılarımız və məmurlarımız bir arada - FOTO

İdmançılarımız və məmurlarımız bir arada - FOTO
Bütün Xəbərlər
18:34 29.06.2015
14826
Bulvar otelində Avropa Oyunlarının yekunlarına həsr olunan tədbir keçirilir.
Qafqazinfo xəbər verir ki, prezident İlham Əliyev ilk Avropa Oyunlarında qalib gələn idmançıları da mükafatlandırıb. Belə ki, yarışda qızıl medal qazanan idmançılar "Şöhrət", bürünc medal sahibləri isə "Tərəqqi" medalına layiq görülüblər.
Oyunlarda qızıl medal qazanan karateçimiz Firdovsi Fərzəliyev, İlahə Qasımova və bürünc medalçılarımız Niyazi Əliyev, Elman Muxtarov onlara təqdim edilən mükafatları İnstagram hesablarında paylaşıblar.
Qeyd edək ki, yarışların qaliblərinə pul mükafatları da nəzərdə tutulub.
Mükafatçılar arasında taekvandoçumuz Ayxan Tağızadə də var.
Prezident, həmçinin Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə Babayev Nazim Tahir oğlu, İbrahimov Hayle Desta və Məcidov Məhəmmədrəsul Yusupoviçi "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edib.
OXŞAR XƏBƏRLƏR