İdmançımız Avropa çempionatının qızıl medalına sahib olub

İDMAN
16:31 25.10.2013
1072

Yelena Taranova 195 xalla Dünya və Avropa rekordunu yeniləyib

 Milli Paralimpiya Komitəsinin (MPK) güllə atıcılığı üzrə milli komandasının üzvü Yelena Taranova İspaniyanın Alekante şəhərində keçirilən Avropa çempionatının qızıl medalına sahib olub.

AZXEBER.COM-un MPK-nin saytına istinadən verdiyi xəbərə görə, komandanın üzvü Yelena Taranova bu gün keçirilən yarışda 10 metr P2 kateqoriyasının finalında 195 xalla Dünya və Avropa rekordunu yeniləyərək, Avropa çempionatının qızıl medalına sahib olub. Qeyd edək ki, Milli Paralimpiya Komitəsinin güllə atıcılığı idmanı üzrə komandası 50 metr P4 kateqoriyasında komanda hesabı ilə 1538 xalla 3-cü yerə layiq görülüb.

OXŞAR XƏBƏRLƏR