İdmançını döyən sevgilisi Sübhanın anası: "Tülinə gəlin gözü ilə baxmamışam"

İdmançını döyən sevgilisi Sübhanın anası: "Tülinə gəlin gözü ilə baxmamışam"
MAQAZİN
15:01 05.01.2024
279
Sevgilisi tərəfindən döyülən idmançı Tülin Ələkbərova ARB telekanalında "Elgizlə izlə" verilişində qonaq olub.

AZXEBER.COM xəbər verir ki, Tülin hadisənin təfərrüatlarını danışan zaman, sevgilisi Sübhanın anası telefonla canlı yayıma bağlanıb və gözlənilməz etiraflar edib:

"Mən Tülinə heç vaxt gəlinim gözü ilə baxmamışam. Bunu özünə də demişəm dəfələrlə. Dedim kariyera qur, ailəyə sən baxırsan. Onu başa salmağa çalışdım ki, oğlumun ailə quran vaxtı deyil, ayrılsın. Amma məni dinləmədi. Dəfələrlə olub ki Tülin gecə 2də 3də qapıma gəlib məni yuxudan oyadıb ki, Sübhan belə, Sübhan elə".

Sübhanın anası daha sonra Tülinin heç bir xasarət almadığını, həmin gün məşqə getdiyini iddia etsə də, Tülin bu deyilənlərin heç biri ilə razılaşmayıb.
Aysel

OXŞAR XƏBƏRLƏR