İftar süfrəsində şəhid anasını ağladan hadisə - Əfsələddin Ağalarov yazır...

İftar süfrəsində şəhid anasını ağladan hadisə - Əfsələddin Ağalarov yazır...
SOSİAL
15:26 17.04.2023
389
Əfsələddin Ağalarov 
 
Ötən gün dostlarla birgə iftar süfrəsinə dəvət etmişdilər. Vədələşdiyimiz vaxtda çatıb, boş yerlərdə əyləşdik. Üzbəüzümüzdə üç şəhid anası oturmuşdu.

Qeyri-adi mənzərə idi. Həyatları boyunca bəlkə də heç bir zaman yolları kəsişməmiş bu üç qadın sanki özləri üçün ayrıca dünya qurmuşdular. Rahat anlaşılırdı. Onlara Allahdan və bir də onlardan başqa heç kim maraqlı deyildi. Biri-birilərinə xidmət edir - biri digərinin qabına yemək çəkir, biri əli ilə o birisinin şalını düzəldir, sonra birlikdə əllərini açıb dualar oxuyurdular.

Vaxt gəldi, axund "başlaya bilərsiniz!" göstərişini verib mikrafonu qapatdı.

Çəngəl-bıçaq səsi ərşə qalxan kimi, cəld onlarla ortamızda duran feyxoa kompotuna əl atdım. Qapağını açıb sırayla iki anamızın stəkanına süzüb sonra üçüncüyə keçdim.

Üçüncü şəhid anası tez əlini stəkanın üstünə tutdu. Nə illah etdimsə, yox dedi. Düşündüm ki, bəlkə mənə əziyyət verməmək üçün belə edir. Təkid etdim, ona da xidmət etmək istədim.

Qadın anidən əlini stəkandan götürüb üzünə apardı, aparan kimi də hönkürdü. O ağladı, mən də kor-peşman yerimə oturdum.

Sakitləşəndən sonra mənə baxıb: "Bağışla, oğlum! Şəhid balam sonuncu dəfə yığanda dedi ki, ona feyxoa kompotu saxlayım. Evdə bircə feyxoa kompotu qalmışdı. Onu da saxladım. Olmadı, gəlmədi ki, içsin. O kompot indi də durur".

Sözü yarımçıq qaldı, qəhər yenə boğazında düyünləndi. O ağladı, mən də üstümə aşan bir tonluq "daş"ın altında canımla əlləşdim.

Ortamızdakı feyxoa kompotu günün sonuna kimi sağdan sola, soldan sağa əldən-ələ gəzişdi.

Amma o axşam nə o kompot içə bildi, nə də ki mən...
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
00:25 29.06.2025
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
Xamenei və onun Azərbaycanla müharibəsi
00:14 29.06.2025
Xamenei və onun Azərbaycanla müharibəsi
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
23:59 28.06.2025
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
23:50 28.06.2025
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
23:34 28.06.2025
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
23:27 28.06.2025
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
 Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
23:20 28.06.2025
Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
“Bu, çökən imperiyanın refleksidir”
23:15 28.06.2025
“Bu, çökən imperiyanın refleksidir”
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
23:11 28.06.2025
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
23:01 28.06.2025
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
22:56 28.06.2025
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
22:47 28.06.2025
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
22:41 28.06.2025
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
22:31 28.06.2025
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
22:05 28.06.2025
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb
21:50 28.06.2025
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb