Xurma Ramazan ayında oruc tutanların iftar vaxtı üçün seçdiyi ideal qida maddəsidir. Çünki çox sürətli enerji verir və orucun ardından bədəni yenidən canlandırır.
AZXEBER.COM iftarda xurma yeməyin bir neçə faydasını oxuculara təqdim edir:
Sürətli enerji qaynağı olan xurma, təbii şəkərlər olan fruktoza və qlükoza ilə zəngindir. Bu, bədənin sürətlə enerji əldə etməsinə kömək edir.
Həzm sisteminə də yaxşı təsir edən xurmada olan liflər, mədə-bağırsaq fəaliyyətini tənzimləyir və bağırsaqlarda qidanın təbii şəkildə hərəkət etməsinə kömək edir. Bu da orucun sonunda yaranan mədə problemlərini (xüsusilə qəbzlik) aradan qaldırmağa kömək edir.
Vitamin və Minerallarla Zəngin olan xurma, A vitamini, K vitamini, dəmir, potasium, maqnezium və kalsium kimi bir çox vacib vitamin və mineral mənbəyidir. Bu maddələr vücudun ümumi sağlamlığını dəstəkləyir, beyinin inkişafına kömək edir.
Xurma, beyin funksiyalarını yaxşılaşdırır, yaddaşı gücləndirir, yüksək miqdarda B vitaminləri və antioksidanlar ehtiva edir, eyni zamanda vücudu xəstəliklərdən qoruyur.
Toxluq hissi yaratmaq üçün də xurma ideal qida vasitəsidir. O zülal və liflə zəngin olduğundan uzun müddət insanı tox saxlayır. Bu, iftar sonrası yemək yeyəndə əlavə kaloriləri qəbul etmədən daha uzun müddət doyma hissi də yaradır.
Aysel