II “Gənclər Kuboku” turnirində qarşılaşacaq komandaların adları məlum olub

GƏNCLİK
18:31 08.05.2013
1885

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü ilə bağlı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA), “İRƏLİ” İdman Mərkəzinin təşkilatçılığı, TİMSPORT idman malları mağazasının baş sponsorluğu və NIKE şirkətinin sponsorluğu ilə futbol üzrə Azərbaycan gənclər təşkilatları arası II “Gənclər Kuboku” 2013 turnirinə start verilib.

8 may tarixində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) inzibati binasında 32 komandalar arasında “Gənclər Kuboku” 2013 turnirinin püşkatma mərasimi keçirilib.

Püşkatma mərasimində “İRƏLİ” İctimai Birliyinin sədri Rauf Mərdiyev, AFFA-nın departament rəisi Yusif Vəliyev, “İRƏLİ” İdman Mərkəzinin rəhbəri Niyaz Əliyev, AFFA-nın əmakdaşı Rza Hüseynvə turnirdə iştirak edəcək komandaların nümayəndələri iştirak ediblər. 32 komandanın iştirak edəcəyi turnirin startı yaxın vaxtlarda açıqlanacaq. Turnirin ilk mərhələsində komandalar olimpiya sistemi, daha sonra qrup turnirində mübarizə aparacaqlar. “Gənclər Kuboku” turnirinin qalibləri kubok, medallar, diplom və qiymətli hədiyyələrlə təltif olunacaqlar.

Püşkün nəticəsinə görə qarşılaşacaq komandaları diqqətinizə çatdırırıq:

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı - Gənclər Turizm İctimai Birliyi Earth Hour Azerbaijan - Miras İctimai Birliyi Azerbaijani Students and Alumni International Forum - Qan Donorları Assosiasiyası Azərbaycan Dövlət İqtisad Universiteti -Azərbaycan Könüllülər İctimai Birliyi Bakı Musiqi Akademiyası TGT – İRƏLİ “Şərqi Avropada Təhsil olan tələbələr və Məzunlar” İctimai Birliyi – “İslahatçı Gənclər” İctimai Birliyi İB Club - Bakı Dövlət Universiteti Həmkarlar İttifaqı “Kreativ Gənclər” İctimai Birliyi - YAP Gənclər Birliyi “Gəncliyin şöləsi Gənclərin İnkişafı” İctimai Birliyi -Azərbaycan Əmək və Əhalinin Sosial Münasibətləri Akademiyası Həmkarlar İttifaqı “Gənc Fənərbahçelilər” Azərbaycan - Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatı Союз Азербайджанской Молодежи Украины – “İçəri Şəhər” FK Xəzər Universiteti TGT - Odlar Yurdu Təşkilatı Youth Azerbaijan - Qafqaz Universiteti TGT Azərbaycan Müəllimlər İnstitutu (Sumqayıt filialı) - YAP Gənclər Birliyi (Xəzər rayonu) Azərbaycan Tibb Universiteti TGT - Dövlət İdarəçilik Akademiyası TGT Azərbaycan Memarlıq və İnşaat Universiteti TGT - Azərbaycan Dövlət Pedoqoji Universiteti TGT

Qeyd edək ki, turnirin keçirilməsində əsas məqsəd gənclər siyasətinin əsas fəaliyyət istiqamətlərindən biri olan gənclər arasında sağlam həyat tərzinin təbliğ olunması, idmanın inkişafı, cəmiyyətdə futbola marağın artırılması və gənc istedadların üzə çıxarılmasıdır.

OXŞAR XƏBƏRLƏR