Bu gün “Yeni Gənclik” Tələbə Birliyi “II Hüquq məktəbi” layihəsi başa çatdı. “Canlı Hüquq Məzunlar Birliyi” (ABA CEELI) tərəfindən aparılan təlimin bu günkü qonaqları Şəlalə Vəliyeva və ictimaiyyətlə əlaqələr üzrə departamentin sədri Arzu Həsənova oldu.Son təlimin mövzusu “Cinayət, onun növləri və növlərinə görə tətbiq olunan sanksiyalar” idi. Təlim ərzində iştirakçılar müvafiq qruplara bölünərək oyunlar oynadı.
Sentyabr ayının 10-dan fəaliyyət göstərən “Yeni Gənclik” Tələbə Birliyinin “ II Hüquq məktəbi”nin ilk qonağı “De Jure” hüquq şirkətinin baş hüqüqşünası Ramil Qaçayev olmuşdu. Növbəti təlimlər “Canlı Hüquq Məzunlar Birliyi” (ABA CEELİ) tərəfindən aparıldı.Hər gün müxtəlif mövzular üzərində təşkil olunan təlimlər diskussiyalarla yekunlaşdırıldı.
“Yeni Gənclik” Tələbə Birliyi “II Hüquq məktəbi” layihəsini 11 məzun başa vurdu. Məzunlar sonda diplomlarla təltif olundu.
Növbəti “Hüquq məktəbi” layihəsinin yaz aylarında baş tutacağı gözlənilir.