II ixtisas qrupunda ən bahalı və ən ucuz FAKÜLTƏLƏR

II ixtisas qrupunda ən bahalı və ən ucuz FAKÜLTƏLƏR
SOSİAL
23:02 30.07.2016
5904

Bu il II ixtisas qrupundakı ali təhsil müəssisələrinin ödənişli əsaslarla olan fakültələri arasında ən ucuzu və bahalısı müəyyən olunub.

Modern.az-ın araşdırmasına görə, II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinin plan yerləri arasında ən ucuz fakültə Mingəçevir Dövlət Universitetində və ən bahalı fakültə isə Qafqaz Universitetindədir.

Belə ki, bu il II ixtisas qrupundakı fakültələrə daxil olmaq istəyənlər ən az pulu Mingəçevir Dövlət Universitetindəki (MDU) İqtisadiyyat fakültəsinə ödəməli olacaqlar. Burada illik təhsil haqqı 1000 manatdır.

Bu il II ixtisas qrupundakı fakültələr arasında illik təhsil haqqı ən baha olanı isə Qafqaz Universitetindəki Maliyyə və Biznesin idarə edilməsi fakültələridir. Belə ki, bu fakültələrin illik təhsil haqları 5850 manatdır.

Ümumilikdə, bu il II ixtisas qrupundan tələbə adını qazanacaq abituriyentlər bu qrupdakı dövlət universitetlərindəki iqtisadiyyat, beynəlxalq münasibətlər, sosiologiya, turizm və otelçilik, menecment, dünya iqtisadiyyatı, mühasibat uçotu və audit maliyyə, dövlət və bələdiyyə idarə edilməsi və başqa fakültələr üzə təhsil aldıqları 4il ərzində hər il 1300, 1500, 1600, 1800, 1900, 2000, 2300 manatlarından keçməli olacaqlar.

Bu ildən II ixtisas qrupunda özəl universitetlərdə eyni fakültələr üzrə təhsil almaq istəyənlər isə oxuduqları 4 il ərzində hər il ən azı 2000 manatdan başlayaraq 2300, 2500, 2900, 3000, 3300, 3500, 4000, 5500 manat məbləğlərində vəsait ödəyəcəklər.

Xatırladaq ki, dünəndən 2016-2017-ci tədris ili üçün ali məktəblərə qəbul olmaq istəyən abituriyentlər üçün ixtisas seçiminə başlanılıb.

Bu il I-IV qrup üzrə ixtisas seçimində ümumi balı 200-dən, ixtiyari bir imtahan fənni istisna olmaqla qalan hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

I-IV ixtisas qrupları üzrə ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur

(Azərbaycan Dillər Universitetinin “Tərcümə (dillər üzrə)”, “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq (regionlar üzrə)”, Bakı Dövlət Universitetinin I, II, III qruplarda tədrisi ingilis dilində olan ixtisasları üzrə xarici dil fənni istisna olmaqla).

Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 250 dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Vüsalə: Sənətkarı verilişə çağırıb elə adamla otuzdururlar ki…
19:25 02.05.2025
Vüsalə: Sənətkarı verilişə çağırıb elə adamla otuzdururlar ki…
Makron Papa seçkilərinə təsir etməyə çalışmaqda şübhəli bilinib
19:10 02.05.2025
Makron Papa seçkilərinə təsir etməyə çalışmaqda şübhəli bilinib
Əməkdar artist: Sənətkar adam efir-efir gəzməz
18:59 02.05.2025
Əməkdar artist: Sənətkar adam efir-efir gəzməz
"Real" Portuqaliya klubunun müdafiəçisi ilə maraqlanır
18:47 02.05.2025
"Real" Portuqaliya klubunun müdafiəçisi ilə maraqlanır
Şolts "Almaniya üçün Alternativ" partiyasını qadağan etməyə tələsməməyə çağırıb
18:34 02.05.2025
Şolts "Almaniya üçün Alternativ" partiyasını qadağan etməyə tələsməməyə çağırıb
Abdolbari Gozalın yerinə o təyin olundu - FOTO
18:31 02.05.2025
Abdolbari Gozalın yerinə o təyin olundu - FOTO
İranın cənub-şərqində son altı ayda 250 silahlı zərərsizləşdirilib
18:26 02.05.2025
İranın cənub-şərqində son altı ayda 250 silahlı zərərsizləşdirilib
Çili sahillərində 7,4 maqnitudalı zəlzələ baş verib
18:16 02.05.2025
Çili sahillərində 7,4 maqnitudalı zəlzələ baş verib
Xocalıda 17 yaşlı oğlanın əlində qumbara partladı - Barmaqlarını itirdi
18:01 02.05.2025
Xocalıda 17 yaşlı oğlanın əlində qumbara partladı - Barmaqlarını itirdi
6 aprel imtahanlarının nəticələri - Ən yüksək balı o topladı
17:46 02.05.2025
6 aprel imtahanlarının nəticələri - Ən yüksək balı o topladı
Orxan Məmmədov: İnformasiya təhlükəsizliyi dövlət təhlükəsizliyinin vacib hissəsidir
17:26 02.05.2025
Orxan Məmmədov: İnformasiya təhlükəsizliyi dövlət təhlükəsizliyinin vacib hissəsidir
"Global Media Group"un informasiya resurslarına hücum edənlərin bəziləri ölkədəki hotellərdə olublar
17:02 02.05.2025
"Global Media Group"un informasiya resurslarına hücum edənlərin bəziləri ölkədəki hotellərdə olublar
Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ
17:00 02.05.2025
Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ
Pir Həsən ziyarətgahının təmiri üçün 550 min manat ayrılıb - SƏRƏNCAM
16:54 02.05.2025
Pir Həsən ziyarətgahının təmiri üçün 550 min manat ayrılıb - SƏRƏNCAM
Anar Yusub konsert verəcək - VİDEO
16:50 02.05.2025
Anar Yusub konsert verəcək - VİDEO
Elşad Hacıyev: Bank kartlarından oğurluğun qarşısının alınması hər bir şəxsin özündən asılıdır
16:33 02.05.2025
Elşad Hacıyev: Bank kartlarından oğurluğun qarşısının alınması hər bir şəxsin özündən asılıdır