III qrupun abituriyentləri ixtisas seçimi zamanı nələrə diqqət yetirməlidir?

GƏNCLİK
11:52 08.07.2011
9025
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilən məlumata görə, vəsaitdə ali təhsil müəssisələrinə III ixtisas qrupu üzrə qəbul planı, dövlət sifarişi üzrə yerlərin sayı, müsabiqə şərtləri, müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin imtahan ballarının paylanmasına dair məlumatlar təqdim olunub.

Azərbaycan dilində vəsaiti TQDK-nın qarşısındakı "Abituriyent" köşkündən almaq və ya onu www.abiturient.az saytından sifariş etmək olar.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası eyni zamanda ali təhsil müəssisələrinin ixtisaslarını seçmək hüququ qazanan abituriyentlərə kömək üçün “Ali təhsil müəssisələrinin Bakalavr ixtisasları” adlı vəsait nəşr etmişdir. Vəsait ixtisas qruplarına uyğun olaraq 4 kitabdan ibarətdir. Hər kitab bakalavr ixtisaslarının bir qrupuna həsr edilir. Birinci kitab I qrup ixtisaslarına (65 ixtisas), ikinci kitab II qrup ixtisaslarına (19 ixtisas), üçüncü kitab III qrup ixtisaslarına (43 ixtisas), dördüncü kitab isə IV qrup ixtisaslarına (22 ixtisas) aiddir.
Hər bir ixtisas haqqında təqdim olunan informasiya və şərhlərdə həmin ixtisas üzrə kadrların hansı təhsil müəssisəsində hazırlanması, ixtisasın xarakteristikası, təyinatı, bu və ya digər ixtisas üzrə hazırlanan bakalavrlara təhsil müddətində tədris edilən peşə-ixtisas fənləri, həmin fənlər əsasında onlara öyrədilən ixtisas bilik və bacarıqları şərh olunur, onların gələcək fəaliyyətinin əsas sahə və istiqamətləri və iş yerləri barədə məlumat verilir.

OXŞAR XƏBƏRLƏR