III Şuşa Qlobal Media Forumunun iştirakçıları Xocalıda - Fotolar

III Şuşa Qlobal Media Forumunun iştirakçıları Xocalıda - Fotolar
SOSİAL
20:26 20.07.2025
892
III Şuşa Qlobal Media Forumunun iştirakçıları Ağdamdan sonra Xocalıya səfər ediblər.

AZXEBER.COM AZƏRTAC-a istinadən xəbər verir ki, Forum iştirakçılarına Xocalının 30 ildən artıq müddətdə işğal altında qalması, 2023-cü ilin sentyabrında Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkənin suverenliyinin təmin olunması, işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Xocalıda aparılan bərpa-quruculuq işləri barədə məlumat verilib.

Bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalı şəhərinə hücum edərək azərbaycanlılara qarşı soyqırımı törədib. Şəhər darmadağın edilib və talanıb, dinc əhaliyə amansızlıqla divan tutulub. 613 nəfər xüsusi amansızlıqla və işgəncə verilməklə öldürülüb. Onlardan 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olub. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. 487 nəfər, o cümlədən 76 uşaq ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin taleyi indiyədək məlum deyil.

Diqqətə çatdırılıb ki, Azərbaycanın işğaldan azad olunmuş bütün əraziləri kimi, Xocalı da böyük bərpa-quruculuq işləri həyata keçirilir.

Artıq bir zamanlar yurdlarından didərgin düşən sakinlərin Xocalı şəhərinə və rayonun üç kəndinə qayıdışı təmin edilib.

Forum iştirakçıları Xocalı şəhəri ilə tanışlıqdan sonra Şuşaya yola düşüblər.

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Polşa Ukraynaya iki MiQ-29 qırıcısı və döyüş sursatları verəcək
18:23 29.10.2026
Polşa Ukraynaya iki MiQ-29 qırıcısı və döyüş sursatları verəcək
İƏT-in Baş katibi Azərbaycanda təqaüdlə təhsil alan xarici tələbələrlə görüşüb
18:13 29.10.2026
İƏT-in Baş katibi Azərbaycanda təqaüdlə təhsil alan xarici tələbələrlə görüşüb
Avropa Mərkəzi Bankının prezidenti fevralda vəzifəsindən ayrılacaq
18:11 29.10.2026
Avropa Mərkəzi Bankının prezidenti fevralda vəzifəsindən ayrılacaq
Diplomatiyada qarşılıqlılıq yaddaşı nə deməkdir? - İZAH
18:02 29.10.2026
Diplomatiyada qarşılıqlılıq yaddaşı nə deməkdir? - İZAH
Elm və Təhsil Nazirliyi Daşkənddə keçirilən yüksək səviyyəli tədbirlərdə təmsil olunub
17:47 29.10.2026
Elm və Təhsil Nazirliyi Daşkənddə keçirilən yüksək səviyyəli tədbirlərdə təmsil olunub
“Parker Russell Azerbaijan” “2026-cı ilin ən yaxşı konsaltinq şirkəti” mükafatına layiq görülüb - FOTO
17:43 29.10.2026
“Parker Russell Azerbaijan” “2026-cı ilin ən yaxşı konsaltinq şirkəti” mükafatına layiq görülüb - FOTO
Diplomatiyanın qarşılıqlılıq prinsipi: 2024-cü ildə niyə Şuşa yox, Berlin üstün tutuldu?
17:38 29.10.2026
Diplomatiyanın qarşılıqlılıq prinsipi: 2024-cü ildə niyə Şuşa yox, Berlin üstün tutuldu?
İlham Əliyev İspaniyanın Kralına başsağlığı verib
17:34 29.10.2026
İlham Əliyev İspaniyanın Kralına başsağlığı verib
Elm və Təhsil Nazirliyi Mərkəzi Asiya Beynəlxalq Təhsil Forumunda iştirak edib
17:29 29.10.2026
Elm və Təhsil Nazirliyi Mərkəzi Asiya Beynəlxalq Təhsil Forumunda iştirak edib
Şuşada Yılmaz, Bakıda Fidan, Ankarada Bayramov: Diplomatiyanın qarşılıqlılıq prinsipi
17:19 29.10.2026
Şuşada Yılmaz, Bakıda Fidan, Ankarada Bayramov: Diplomatiyanın qarşılıqlılıq prinsipi
Bakıda idmançı məşq zamanı öldü
17:17 29.10.2026
Bakıda idmançı məşq zamanı öldü
Bakı dünya futbolunun mərkəzində: FIFA U-15 Azərbaycan üçün niyə önəmlidir?
17:17 29.10.2026
Bakı dünya futbolunun mərkəzində: FIFA U-15 Azərbaycan üçün niyə önəmlidir?
Ceyranbatanda 10 şagird zəhərləndi
16:54 29.10.2026
Ceyranbatanda 10 şagird zəhərləndi
Məktəbdə jurnalisti döyən 3 nəfərə cinayət işi açıldı - DİN-dən rəsmi açıqlama
16:40 29.10.2026
Məktəbdə jurnalisti döyən 3 nəfərə cinayət işi açıldı - DİN-dən rəsmi açıqlama
30 il öncə Ramiz Mehdiyevə “İblis” deyən yazıçı danışdı: “Heydər Əliyev mənə dedi ki..”
16:22 29.10.2026
30 il öncə Ramiz Mehdiyevə “İblis” deyən yazıçı danışdı: “Heydər Əliyev mənə dedi ki..”
Hacıbəy Heydərli: Jurnalistlərə qarşı zorakılıq heç bir halda qəbul edilə bilməz
16:16 29.10.2026
Hacıbəy Heydərli: Jurnalistlərə qarşı zorakılıq heç bir halda qəbul edilə bilməz