Vanda Nara və Mauro İkardinin 10 illik evliliklərinə son qoyduğu və mübahisəli məhkəmə sona çatıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Naranın keçmiş əri İkardiyə qarşı açdığı aliment işində hökm çıxarılıb.
Məhkəmə "Qalatasaray"ın ulduz futbolçusu İkardiyə uşağa 110 min dollar aliment, üstəlik faiz və xərclərə görə 3500 dollar ödəməyə qərar verib.
Argentina qanunlarına görə, borcunu ödəyə bilməyən insanların ölkəni tərk etməsinə icazə verilmir.
Buna görə də Mauro İkardi Türkiyəni tərk edərək vətəninə gedəndə aliment borcunu ödəməli olacaq.
Gülay