İkardi və Ceko mübahisə zamanı bir-birlərinə nə deyiblər? - DETALLAR

İDMAN
00:09 29.12.2023
486
Türkiyə Super Liqasında ötən həftə baş tutan "Fənərbağça" - "Qalatasaray" matçında (0:0) Mauro İkardi və Edin Ceko arasında mübahisə yaşanmışdı.

AZXEBER.COM Offsideplus.az-a istinadən xəbər verir ki, İtaliya mətbuatı ulduz futbolçular arasında yaranan gərginliyin səbəbini açıqlayıb. Bosniya və herseqovinalı futbolçu İkardinin penalti istədiyi epizodda sərt reaksiya göstərdi və "nəhənglər" "kəllə-kəlləyə" gəldi. İtalyanlar İkardi və Ceko arasında keçən dialoqu yayımlayıb:

Ceko: "Öz işinlə məşğul ol"
İkardi: "Eləməsəm, nə olacaq?"
Ceko: "Nə deyirsən?"
İkardi: "Yenə deyirəm, öz işimlə məşğul olmasam nə olacaq?"

Qeyd edək ki, sabah "Qalatasaray" və "Fənərbağça" klubları arasında Türkiyə Super Kuboku finalı baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 21:45-də start götürəcək

OXŞAR XƏBƏRLƏR