Həkəri çayının Zəngilan rayonu, Ağalı kəndindən keçən hissəsində batan 1962-ci il təvəllüdlü Həsənov Nuşirəvan Mehdi oğlunun meyiti FHN-in xilasediciləri tərəfindən suda tapılıb.
FHN-dən AZXEBER.COM-a verilən məlumata görə, onun meyiti aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, N. Həsənov 4 iyul 2026-cı il tarixində Həkəri çayında batmışdı.











































