“İki Azərbaycan vətəndaşını Ukraynada əsassız yerə tutublar”

“İki Azərbaycan vətəndaşını Ukraynada əsassız yerə tutublar”
SOSİAL
12:25 26.11.2025
494
İki Azərbaycan və bir Türkiyə vətəndaşının 7 aydan çoxdur əsassız ittihamlarla Ukraynada saxlanıldığı deyilir. 

AZXEBER.COM xəbər veirr ki, bu barədə "Qafqazinfo”ya həbs olunan şəxslərdən birinin qohumu müraciət edib.

Adının çəkilməyini istəməyən şikayətçi iddia edib ki, Əmrah Cəfərzadə, Vüsal Əliyev və İsa Koçar erməni əsilli qadının saxta ittihamlarına görə həbsə salınıblar. Onun sözlərinə görə, adıçəkilən şəxslərə erməni əsilli Ukrayna vətəndaşına qarşı təcavüz kimi ağır, alçaldıcı və etibar zədələyici ittiham irəli sürülüb: "Hazırda həmin şəxslər Kiyevdə Lukyanivska təcridxanasında saxlanılırlar. İttihamlara əsasən, guya həmin şəxslər narkotikin təsiri altında Anya adlı erməni qadına təcavüz ediblər. Lakin ilkin ifadələrlə sonrakı ifadələr arasında fərqlər mövcuddur. İttihamın irəli sürülməsinə baxmayaraq, cinayət işi materiallarında zərərçəkmişdə cırılmış paltar, zədə, xəsarət və ya hər hansı fiziki zorakılıq izi qeydə alınmayıb. Bununla yanaşı, tibbi sənədlərdə bədəndə təzyiq, dartılma, əzilmə və ya digər travmatik izlər aşkar olunmayıb. Hadisə baş verdiyi iddia olunan zamanda zorakılığın izlərini təsdiqləyən kriminalistik əlamətlər müəyyən edilməyib.

Bioloji sübutlar isə tamamilə yoxdur. Yəni DNA (DNK) izi aşkar edilməyib, sperm izinə rast gəlinməyib, hadisə yerindən və ya zərərçəkmişdən götürülmüş nümunələrdə hər hansı bioloji iz tapılmayıb. Eyni zamanda, kriminalistik ekspertizalar ittihamla uyğun gələn nəticə təqdim etmir”.

O qeyd edib ki, hadisəni birbaşa görən və ya təsdiqləyən heç bir şahid də yoxdur: "Şahid kimi göstərilən şəxslər hadisənin təfərrüatlarını öz gözləri ilə görməyib və məlumatlar eşitmə xarakterlidir. Zərərçəkmişin ifadələri başqa heç bir obyektiv sübutla təsdiqlənmir. Narkotik və ya psixoaktiv maddə izləri yoxdur. Hadisəni təsdiq edən video–audio materiallar, müşahidə kamerası görüntüləri təqdim edilməyib. Telefon, mesaj, sosial şəbəkə və digər elektron sübutlarda ittihamla bağlantı yoxdur. Geolokasiya və ya hərəkət trayektoriyasını göstərən sübutlar təqdim edilməyib. Həmçinin zərərçəkmişin tibbi müayinəsində ittihamı dəstəkləyən nəticələr yoxdur. Ekspert rəyləri ziddiyyətlidir və cinayətin tərkibini təsdiqləmir, hadisənin baş verdiyi iddia olunan vaxt və tibbi nəticələr arasında uyğunluq yoxdur.

Yəni ittihamda qeyd olunan hadisə ssenarisini sübut edən heç bir kriminalistik, texniki və ya bioloji dəlil yoxdur. Hadisənin başvermə şəraitinə dair iddialar fərziyyələrdən ibarətdir və obyektiv sübutlarla təsdiq olunmur”.

Şikayətçi vurğulayıb ki, hazırda adıçəkilən şəxslərin həbsdə saxlanılması ilə bağlı konsul müdafiəsi təmin edilmir.

Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinə də sorğu ünvanlamışıq.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Nazir Yevlaxda vətəndəş qəbulu və sıra baxışı keçirəcək
14:58 03.03.2026
Nazir Yevlaxda vətəndəş qəbulu və sıra baxışı keçirəcək
“Bu, həm Suriya, həm də Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edirdi”
14:56 03.03.2026
“Bu, həm Suriya, həm də Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edirdi”
Azərbaycanda uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağan edilir - İlahiyyatçıdan açıqlama
14:55 03.03.2026
Azərbaycanda uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağan edilir - İlahiyyatçıdan açıqlama
İran - ABŞ müharibəsi Azərbaycana necə təsir edə bilər? - Politoloqdan açıqlama
14:48 03.03.2026
İran - ABŞ müharibəsi Azərbaycana necə təsir edə bilər? - Politoloqdan açıqlama
Prezident: Biz Avropanın enerji bazarında mövcudluğumuzu genişləndirmək niyyətindəyik
14:47 03.03.2026
Prezident: Biz Avropanın enerji bazarında mövcudluğumuzu genişləndirmək niyyətindəyik
Peskov: ABŞ və Ukrayna ilə Əbu-Dabidə danışıqların keçirilməsi çətinləşib
14:46 03.03.2026
Peskov: ABŞ və Ukrayna ilə Əbu-Dabidə danışıqların keçirilməsi çətinləşib
CNN Türk-ün jurnalistləri İsraildə saxlanıldı - Türkiyədən rəsmi açıqlama gəldi
14:45 03.03.2026
CNN Türk-ün jurnalistləri İsraildə saxlanıldı - Türkiyədən rəsmi açıqlama gəldi
Bu şəxslərin maaşı artırıldı - RƏSMİ
14:43 03.03.2026
Bu şəxslərin maaşı artırıldı - RƏSMİ
"Musiqimizi korlayan ifaçılar efirlərdə mədəniyyətimizi təbliğ edirlər" - Xalq artisti
14:41 03.03.2026
"Musiqimizi korlayan ifaçılar efirlərdə mədəniyyətimizi təbliğ edirlər" - Xalq artisti
“AniPay”in fəaliyyəti dayandırılır
14:41 03.03.2026
“AniPay”in fəaliyyəti dayandırılır
İran XİN: Nüvə müzakirələri ilə bağlı iddialar yalandır
14:37 03.03.2026
İran XİN: Nüvə müzakirələri ilə bağlı iddialar yalandır
Pakistan Prezidenti Taliban hökumətinə çağırış etdi: “Buna icazə verməyin”
14:28 03.03.2026
Pakistan Prezidenti Taliban hökumətinə çağırış etdi: “Buna icazə verməyin”
Unibank 0 % komissiyalı kredit kampaniyası keçirir
14:26 03.03.2026
Unibank 0 % komissiyalı kredit kampaniyası keçirir
Azərbaycanda tibb təhsili 5 ilə endiriləcək?
14:21 03.03.2026
Azərbaycanda tibb təhsili 5 ilə endiriləcək?
Birbank-ın Yeni il lotereyasında mənzilin sahibi bəlli oldu
14:17 03.03.2026
Birbank-ın Yeni il lotereyasında mənzilin sahibi bəlli oldu
AccessBank Gəncədə ikinci filialı ilə xidmət şəbəkəsini genişləndirdi
14:16 03.03.2026
AccessBank Gəncədə ikinci filialı ilə xidmət şəbəkəsini genişləndirdi