İki azyaşlı uşağını yandıran azərbaycanlı qadına ağır cəza verildi

İki azyaşlı uşağını yandıran azərbaycanlı qadına ağır cəza verildi
DÜNYA
21:40 04.04.2019
4136
Rusiyanın Nijeqorod vilayət məhkəməsi ötən gün keçirdiyi iclasda iki azyaşlı övladını qətlə yetirməkdə və oğurluqda günahlandırılan Yelena Kərimovanı cəzasını ağır rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 19 il müddətinə azadlıqdan məhrum edib.

AZXEBER.COM Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, hələlik məhkəmənin qərarı qüvvəyə minməyib və ondan şikayət verilə bilər.

Məhkəmə prosesində son söz demək hüququndan istifadə edən Kərimova özünü cinayətdə təqsirli bilmədiyini deyib.

Qeyd edək ki, Yelena Kərimova quldurluğa və soyğunçuluğa görə əvvəllər məhkum edilmiş və Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilmiş şəxsin həyat yoldaşıdır. O, iki övladını amansızlıqla qətlə yetirməkdə ittiham olunur.

Sözügedən cinayət 2018-ci ilin aprelində Nijeqorod vilayətində törədilib. Aprelin 26-da Semyonovsk rayonunda içərisində iki uşağın meyiti olan yanmış avtomobil aşkar edilib. Araşdırmalar zamanı məlum olub ki, Kərimova əvvəlcə övladlarını boğub, sonra isə izi itirmək üçün onların cəsədlərini yandırıb.

Polis keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qadını saxlayıb. Qadın istintaqa törətdiyi əməli etiraf edib.

Kərimova bir-biri ilə əlaqəsi olmayan ifadələr verməklə istintaqı çaşdırmağa cəhd göstərib. Əvvəlcə ifadə verərkən deyib ki, o, uşaqlarının əsl qatilləri tərəfindən təhdid edilən anasının həyatına görə qorxduğu üçün bu əmələ əl atıb.

Əməlini boynuna götürmək istəməyən qadın qeyd edib ki, bu qəddar cinayəti onun evliliyi ilə əlaqədar olan hansısa adamlar törədib.

Yelena Kərimovadan soruşulanda ki, o, "əsl qatillər" deyəndə kimləri nəzərdə tutur, cavabı aydın olmayıb. Qadının ilkin istintaq zamanı verdiyi ifadə ilə sonrakı istintaqlar zamanı verdiyi ifadələr arasında fərq olub.

Qadın ifadələrinin birində deyib ki, qətl onun hazırda beynəlxalq axtarışda olan ərinin borcları səbəbindən törədilib. Digər ifadəsində isə bildirib ki, qətlə səbəb onların boşanmasıdır və uşaqların öldürülməsində də günahkar keçmiş əridir.

Vilayət məhkəməsinin sonuncu iclasında dövlət ittihamçısı Tatyana Menşova məhkəmədən müttəhimə 21 il həbs cəzası verilməsini, 1.5 il müddətinə azadlığının məhdudlaşdırılmasını xahiş edib.

Xatırladaq ki, Nijeqorod vilayət məhkəməsi bu il fevralın 8-də keçirdiyi iclasda iki övladını xüsusi amansızlıqla qətlə yetirməkdə və özgə əmlakını oğurlamaqda ittiham edilən 27 yaşlı vilayət sakininin işinə baxmağa başlayıb.

Cinayət işinin araşdırılması Rusiya İstintaq Komitəsinin Nijeqorod vilayəti üzrə İdarəsinin xüsusi nəzarətində olub.

İstintaq zamanı qadının keçmiş əri olan Azərbaycan vətəndaşının tələbi ilə islam dinini qəbul etdiyi də üzə çıxıb. Lakin Kərimova islam dininin qanunlarına riayət etməyib və özünün normal həyatını yaşamağa davam edib. Bu səbəbdən də, cinayət işində qətlin motivinin dini zəmində baş verməsi ehtimalı qəbul edilməyib.

İstintaq zamanı qadının digər cinayətinin də üstü açılıb. Məlum olub ki, o, Nijni Novqorod şəhərində yaşayan qohumlarının evindən dəyəri 140 min rubl (təxminən 3600 manat) olan qızıl-zinət əşyaları oğurlayıb.

Kərimova 2 yaşlı oğlu Süleymanı və 4 yaşlı qızı Xədicəni dolandıra bilmədiyi, ərinin isə onlara maddi dəstək vermədiyi üçün öldürdüyünü deyib. Lakin istintaq bütün bunların bəhanə olduğunu başa düşüb. Çünki "maddi sıxıntılar" Kərimovaya bahalı maşında gəzməyə və mağazadan keyfiyyətli kosmetika almağa mane olmayıb. Saxlanılarkən o, dəniz sahilində yerləşən kurortlardan birinə birnəfərlik yol vəsiqəsi alıbmış.

İstintaqa məlum olub ki, Kərimova hər ay avtomobil kirayəsinə 40 min rubl (təxminən 1000 manat) xərcləyir. 2018-ci il aprelin 25-də qadın Nijni Novqorodun Avtomobil zavodu rayonundakı Busıgin prospektindəki evlərdən birinin yaxınlığında kirayə etdiyi "KİA" markalı maşının arxa oturacağında əlləri ilə uşaqlarını boğub.

Elə həmin gün o, Nijni Novqorod şəhərindəki yanacaqdoldurma məntəqəsindən uşaqların cəsədlərini yandırmaq üçün yanacaq alıb.

YDM-in müşahidə kameralarına düşən kadrlarda da görünür ki, qadın yanacağı alandan sonra Semyonovsk rayonundakı meşə zolağının yaxınlığında saxlayır, salonunda uşaqların meyitləri olan maşına yaxınlaşır.

Aprelin 26-da qadın həmin maşınla öldürdüyü uşaqlarını Semyonovsk rayonundakı tərk edilmiş tikiliyə aparır, meyitləri orada yandıraraq hadisə yerindən uzaqlaşır.

Elə həmin günün axşamı tərk edilmiş tikilidə yanğın söndürüləndən sonra orada xüsusi amansızlıqla öldürülmüş uşaqların yanmış cəsədləri aşkarlanır. 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
131 nəfər hərbi qulluqçu yeni mənzillə təmin olunacaq
21:03 11.03.2025
131 nəfər hərbi qulluqçu yeni mənzillə təmin olunacaq
Basketbol üzrə Azərbaycan Kubokunda daha bir yarımfinalçı bəlli olub
20:57 11.03.2025
Basketbol üzrə Azərbaycan Kubokunda daha bir yarımfinalçı bəlli olub
Rəna Nəsirova yeni vəzifəyə təyin olundu
20:54 11.03.2025
Rəna Nəsirova yeni vəzifəyə təyin olundu
Rəşad Nəbiyev İspaniyanın Ticarət məsələləri üzrə dövlət katibi ilə görüşüb
20:45 11.03.2025
Rəşad Nəbiyev İspaniyanın Ticarət məsələləri üzrə dövlət katibi ilə görüşüb
Paşinyan QORXU İÇİNDƏ: “Güc dili ilə danışarsa, daha ağır məğlubiyyətlə üzləşə biləcəyini yaxşı anlayır”
20:38 11.03.2025
Paşinyan QORXU İÇİNDƏ: “Güc dili ilə danışarsa, daha ağır məğlubiyyətlə üzləşə biləcəyini yaxşı anlayır”
Zərərçəkmişlər Ruben Vardanyana ən ağır cəzanın verilməsini məhkəmədən xahiş edib
20:30 11.03.2025
Zərərçəkmişlər Ruben Vardanyana ən ağır cəzanın verilməsini məhkəmədən xahiş edib
“Ruben elə bilirdi ki, Qarabağdakılara yaxşılıq edib, amma onların evini yıxıb”
20:27 11.03.2025
“Ruben elə bilirdi ki, Qarabağdakılara yaxşılıq edib, amma onların evini yıxıb”
Azərbaycan və Türkiyə arasında dini sahədə əməkdaşlığın daha da təkmilləşdirilməsi müzakirə edilib
20:14 11.03.2025
Azərbaycan və Türkiyə arasında dini sahədə əməkdaşlığın daha da təkmilləşdirilməsi müzakirə edilib
Azərbaycanlıların böyrəyini satan ukraynalı qadın TUTULDU
20:10 11.03.2025
Azərbaycanlıların böyrəyini satan ukraynalı qadın TUTULDU
İtaliya klubunun baş məşqçisi 5 oyundan sonra postundan qovulub
20:00 11.03.2025
İtaliya klubunun baş məşqçisi 5 oyundan sonra postundan qovulub
"Banu Günel" in ölüm xəbəri yayıldı
19:51 11.03.2025
"Banu Günel" in ölüm xəbəri yayıldı
Fon der Lyayen: Avropa Müdafiə İttifaqını qurmağın vaxtı çatıb
19:36 11.03.2025
Fon der Lyayen: Avropa Müdafiə İttifaqını qurmağın vaxtı çatıb
ATƏT-in Baş katibi: Təşkilat indi ən yaxşı formada deyil
19:23 11.03.2025
ATƏT-in Baş katibi: Təşkilat indi ən yaxşı formada deyil
Qadınlar yalanı daha tez hiss edir
19:10 11.03.2025
Qadınlar yalanı daha tez hiss edir
Polşa Ukrayna üçün 5 min ədəd “Starlink” terminalı alacaq
18:57 11.03.2025
Polşa Ukrayna üçün 5 min ədəd “Starlink” terminalı alacaq
XİN: Çin Ukrayna böhranının sülh yolu ilə həllinə yönəlmiş bütün səyləri dəstəkləyir
18:46 11.03.2025
XİN: Çin Ukrayna böhranının sülh yolu ilə həllinə yönəlmiş bütün səyləri dəstəkləyir