İki əsgər xidmət etdiyi hərbi hissədən qaçdı

İki əsgər xidmət etdiyi hərbi hissədən qaçdı
Bütün Xəbərlər
07:51 04.09.2012
1857
Göyçay rayon sakini olan iki əsgər xidmət etdiyi hərbi hissəni özbaşına tərk edərək qaçıb. APA-nın məlumatına görə Göyçayın Ləkçiplaq kənd sakinləri olan iki qardaş -1989-cu il təvəllüdlü Nəcəfov Vasif Sübhan oğlu və 1990-cı il təvəllüdlü Nəcəfov Dilqəm Sübhan oğlu avqustun 5-də Gəncə şəhərində, xidmət etdiyi N saylı hərbi hissədə keçirilən andiçmə mərasimindən sonra ərazini tərk edib.
Məlumata görə əsgərlər mərasimdən sonra öz valideynləri və qohumları ilə birgə şəhərə gəzməyə çıxıblar. Sonra valideynlərini aldadaraq onlardan ayrılan qardaşların Gəncəni tərk edərək Qazax rayonuna getdiyi və oradan da Gürcüstana keçdiyi ehtimal olunur.
Məlumata görə andiçmədən bir gün qabaq valideynlərinə telefonla zəng edən əsgərlər onların yanına gələrkən evdən ümumvətəndaş pasportlarını (xarici pasport) da gətirmələrini tələb ediblər. Əsgərlər pasportların guya hərbi hissədən istənildiyini bildiriblər. Hərbi hissəni özbaşına tərk edən əsgərlərin axtarışı hal-hazırda davam etdirilir.
Qeyd edək ki, Nəcəf və Dilqəm Göyçayın Ləkçiplaq kəndində anadan olub və Qaraman kənd orta məktəbini bitiriblər. Azərbaycan Dövlət Pedaqoji Universiteti bitirib hərbi xidmətə çağırılıblar. Vasif Nəcəfovun ötən il yay tətili vaxtı Türkiyəyə gedərək işlədiyi bildirilir və onların da elə həmin ölkəyə qaçdığı ehtimal olunur.
OXŞAR XƏBƏRLƏR