Ötən gün Azərbaycanda iki intihar hadisəsi baş verib. Bərdə rayon prokurorluğundən cümə günü Trend-ə bildiriblər ki, aprelin 12-də rayon sakini 1985-ci il təvəllüdlü Günel Hacıyeva yaşadığı Füzuli küçəsi, ev 109 ünvanlı mənzilində özünü asaraq intihar edib.Gədəbəy rayon prokurorluğundan isə Trend-ə bildiriblər ki, aprelin 12-də rayonun Çalburun kənd sakini 1992-ci il təvəllüdlü Cəfərqulu Quliyev kənd ərazisindəki meşə sahəsində özünü ağacdan asaraq intihar edib.