İki gün əvvəl evlənmiş gənc üç dostu ilə birlikdə öldü - FACİƏNİN TƏFƏRRÜATLARI

İki gün əvvəl evlənmiş gənc üç dostu ilə birlikdə öldü - FACİƏNİN TƏFƏRRÜATLARI
SOSİAL
21:09 30.07.2019
7002
..Onlar eyni kənddə böyüyüblər, bir məktəbdə oxuyublar, uşaqlıq dostu, sinif yoldaşı olublar. Alın yazıları da oxşar imiş. Qismətlərinə bir yerdə, eyni məkanda ölmək yazılıbmış...

Söhbət iki gündür hamını sarsıdan dörd dostun faciəli ölümündən gedir. Onlar iyulun 28-də Kürdəxanı çimərliyi ərazisində boğulublar.

Haşiyə çıxaraq bildirək ki, çimərlik mövsümü başlayandan az qala hər gün iki-üç nəfərin dənizdə boğulması xəbəri gəlir. Rəsmi məlumatlara görə, dənizdə boğulmalar daha çox Kürdəxanı, Göradil, Şüvəlan ərazisində qeydə alınır.

Deyilənə görə, dostlar üzməyi bacarırmış, amma burulğana düşüblər, bir-birinə kömək etməyə imkan tapmayıblar.

Virtualaz.org-un əməkdaşları dənizdə boğulan dostlardan biri – 28 yaşlı Əli Cavadovun yaxınlarlı ilə söhbətləşiblər.

İki gündür Kürdəxanıda matəmdir. Tanıyan da, tanımayan da dənizin can aldığı dörd dost üçün ağlayır.

"…Öləndə də onları tək buraxmadı”

Uzaqdan ananın ürəkdağlayan fəryadı eşidilir, balasına lay-lay çalır: "Balam o qədər dostcanlı idi ki, öləndə də onları tək buraxmadı”.

Əlinin anası Kifayət Cavadova göz yaşları içində söhbətə başlayır, faciənin baş verdiyi günü xatırlayır. Həmin gün Əlinin həyat yoldaşı Ayselin babasının yas mərasimi olub, bütün ailə həmin məclisdə iştirak edib: "Məclisdən çıxanda gördüm balam səkinin kənarında fikirli oturub. Dedi, ana, elə bil ürəyimi tutub sıxırlar, özümü çox pis hiss edirəm. Məni arxayın edib yola saldı. Ayseli götürüb evə gələcəkdi”, - ana deyir.

Axşamtərəfi qohumlardan biri gəlir, özü ilə fəlakət xəbərini də gətirir. Deyir ki, Əli dostları - Balababa Babayev, Murad Əzizov, Kamran Hacıquliyevlə birgə batıb.

İki gün əvvəl toyu olmuşdu...

Əli 3 ildir ailə qurub, iki azyaşlı uşağı var. Qohumların dediyinə görə, Əli evin tək övladı olan Balababanı xilas etməyə çalışırmış. Balababanın isə cəmi 2 gün əvvəl toyu olub, Əli qol götürüb dostunun toyunda doyunca oynayıb.

"Gördüm kimsə həyətdə deyir ki, Əli batıb. Atdım özümü küçəyə. Heç bilmirəm kimin maşını ilə apardılar məni. Dəniz kənarına gələndə gördüm nə qədər adam yığılıb. Camaatı itələdim, oğluma sarı yüyürdüm, "Əli, Əli” deyə bağırdım, cavab verən olmadı. Oğlumun bədəni isti idi, ağzından köpük gəlirdi. Anan ölsün, ay bala. Dağ boyda oğlum getdi əlimdən. Mənim balamın qatili dənizdir. Dərya uddu övladımı”, - ana sakitləşmir.

Mərhumun xalası isə deyir ki, Balababa toydan sonra dostlarına qonaqlıq verirmiş, qoyun kəsib: "O uşaqların heç biri içkili olmayıb, hamısı dindar idi. Danışırlar ki, Balababa batırmış, Əli də onu xilas etməyə çalışıb, amma özü də batıb. Çox güman ki, burulğana düşüblər. Alın yazısıdır, qismətdir. Ölməli oğul deyildi. Yaşı az olsa da, kənd arasında sayılıb-seçilən idi”.

Mərhumun həyat yoldaşı Aysel isə danışır ki, saat 6-da Əlini yola salıb. Təxminən saat 8-in yarısında meyitləri sudan çıxarılıb.

Cəsədi bu gün tapılan Kamran Hacıquliyev də nişanlı olub, avqustda toy edəcəkmiş. Bibisi qızı ilə nişanlı olan Kamran Zabrat qəsəbəsində plastik qapı-pəncərə sexində işləyirmiş. Dostlardan sonuncusu – Murad Əzizov da ailəli olub.

Kiminsə yanıqlı səsi eşidilir: "Bir-birinizdən ayrı yaşamırdız, bala, əcəl də bunu bildi...” 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Ağdamdakı dəhşətli cinayətin təfərrüatı
09:32 11.10.2026
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Ağdamdakı dəhşətli cinayətin təfərrüatı
Premyer Liqa: “Qarabağ” “İmişli”yə, “Turan Tovuz” “Şəfa”ya qarşı
09:24 11.10.2026
Premyer Liqa: “Qarabağ” “İmişli”yə, “Turan Tovuz” “Şəfa”ya qarşı
Tramp İranı “çox pis ölkə” adlandırıb
09:20 11.10.2026
Tramp İranı “çox pis ölkə” adlandırıb
Şəmkirdə gənc oğlan qardaşı tərəfindən bıçaqlandı
09:16 11.10.2026
Şəmkirdə gənc oğlan qardaşı tərəfindən bıçaqlandı
"İnter Mayami" MLS-də "Di Si Yunayted"ə qalib gəlib, Messi dubl edib
09:10 11.10.2026
"İnter Mayami" MLS-də "Di Si Yunayted"ə qalib gəlib, Messi dubl edib
Tramp və Netanyahu İranla bağlı mümkün hücumu müzakirə ediblər
09:06 11.10.2026
Tramp və Netanyahu İranla bağlı mümkün hücumu müzakirə ediblər
ABŞ Konqresində Rusiya neftinin alınmasının qadağan edilməsi üçün qanun layihəsi hazırlanır
09:00 11.10.2026
ABŞ Konqresində Rusiya neftinin alınmasının qadağan edilməsi üçün qanun layihəsi hazırlanır
İranda daşqınlar nəticəsində bir nəfər ölüb, iki nəfər itkin düşüb
08:52 11.10.2026
İranda daşqınlar nəticəsində bir nəfər ölüb, iki nəfər itkin düşüb
BMT-nin baş katibi Ər-Riyad hava limanına hücumu pislədi
08:43 11.10.2026
BMT-nin baş katibi Ər-Riyad hava limanına hücumu pislədi
Honq-Konqda meymun çiçəyi xəstəliyinə yoluxma halları artıb
08:36 11.10.2026
Honq-Konqda meymun çiçəyi xəstəliyinə yoluxma halları artıb
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb
08:30 11.10.2026
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb
Səudiyyə Ərəbistanı hava limanına hücuma sərt cavab veriləcəyini açıqlayıb
08:26 11.10.2026
Səudiyyə Ərəbistanı hava limanına hücuma sərt cavab veriləcəyini açıqlayıb
ABŞ Oman körfəzində yük gəmisinə zərbə endirib
08:20 11.10.2026
ABŞ Oman körfəzində yük gəmisinə zərbə endirib
Antalyada baş verən atışmada bir nəfər ölüb, iki nəfər yaralanıb
08:12 11.10.2026
Antalyada baş verən atışmada bir nəfər ölüb, iki nəfər yaralanıb
Tramp Vaşinqtonun husilərlə əlaqədə olduğunu bildirib
08:06 11.10.2026
Tramp Vaşinqtonun husilərlə əlaqədə olduğunu bildirib
Mərkəzi Afrika Respublikasında radikal qruplaşmaların genişmiqyaslı hücumunun qarşısı alınıb
08:02 11.10.2026
Mərkəzi Afrika Respublikasında radikal qruplaşmaların genişmiqyaslı hücumunun qarşısı alınıb