Almaniyada iki il əvvəl itkin düşən yeniyetmə oğlanı pedofil şkafında gizlədib.
AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, alman polisinin axtarışı zamanı şübhəlinin qonşuları pedofilin evində yeniyetməni görmədiklərini, amma evdən qışqırıq səslərinin gəldiyini eşitdiklərini deyiblər.
Polislər yeniyetməni pedofilin evində şkafdan tapıb.
Xəbərə görə, yeniyetmə uşaq evinə göndəriləndən sonra itib.
Onun əynində iki il əvvəl geyindiyi paltarlar olub.
Anası bu müddət ərzində onun öldüyünü sanıb.