İki İran vətəndaşı Mançesterdə terror aktı planlaşdırmaqda ittiham olunur

İki İran vətəndaşı Mançesterdə terror aktı planlaşdırmaqda ittiham olunur
DÜNYA
07:27 03.10.2026
254
London polisi iki İran vətəndaşına Mançesterdə terror aktı hazırlamaqda ittiham irəli sürüb.

Bu barədə Skotlend-Yardın məlumatında deyilir.

Məlumata görə, söhbət sentyabrın 20-də Mançesterdə həbs edilən 36 yaşlı Salam Əhmədian və 34 yaşlı Rəhman Salehidən gedir.

"Onların hər ikisinə terror aktlarına hazırlıq üzrə hərəkətlər etməkdə ittihamlar irəli sürülüb", - polisdən bildirilib.

İttihamların yəhudilərin Yom-Kipur bayramı ərəfəsində törədilmiş cinayətlərlə bağlı olduğu ehtimal edilir. İttihamlara əsasən, müttəhimlər əldəqayırma bomba üçün komponentlər, o cümlədən partlayıcı qurğunun hazırlanmasına dair təlimat əldə etməyə cəhd göstəriblər.

Saxlanılanların hər ikisi həbsdədirlər və oktyabrın 3-də paytaxt Vestminster Magistrat Məhkəməsinin hakimi qarşısına çıxmalıdırlar.
 
///report///
OXŞAR XƏBƏRLƏR