On beş mindən çox insanın yaşadığı Şəkinin Orta və Baş Zəyzid kəndlərini şəhər mərkəzi ilə birləşdirən körpünün inşasına başlanılıb.
Bu ilin yanvar ayında icra başçısı Elxan Usubovun kənddə səyyar qəbulları zamanı kənd ağsaqqalları tərəfindən köprünün yenidən bərpası məsələsi qaldırılıb.İcra başçısı sakinlərin müraciətlərini nəzərə alaraq, əlaqədar orqanlara yeni köprünün inşası ilə bağlı tapşırıq verib. Hazırda köhnə körpü qalıqlarının söküntüsü işləri başa çatıb.Yeni körpünün tikintisi ilə əlaqədar ərazidəki kommunikasiya xətlərinin yerləri dəyişdirilir. Tikinti işlərini aparan rayon 15 saylı yol istismar idarəsindən bildirilib ki, layihəyə əsasən, yeni körpünün eni 7, uzunluğu isə 10 metr olacaq. Körpü tikintisinin bir aya başa çatdırılıması nəzərdə tutulur.//gun.az