İki qardaşın başı kəsildi - TƏFƏRRÜAT

İki qardaşın başı kəsildi -  TƏFƏRRÜAT
Bütün Xəbərlər
16:54 14.04.2014
1106
Qardaşlar kasıb yaşayırdılar – istintaq-əməliyyat qrupunu çaşdıran da elə budur.
Qax rayonunda qətlə yetirilən qardaşlar 1958-ci il təvəllüdlü Rostiaşvili İyase İsaakoviç və 1960-cı il təvəllüdlü Rostiaşvili Bessarion İsaakoviçdir.
AZXEBER.COM Vesti.az-a istinadən xəbər verir ki, Qax rayon Polis İdarəsindən bildirilənə görə, Rostiaşvili qardaşlarının meyitləri qohumları tərəfindən aşkar edilib.
Qardaşlar Vaqif Eyvazov küçəsində yerləşən həyətdə, ayrı-ayrı evlərdə yaşayırdılar.
Hal-hazırda cinayət yerində kriminalistlər işləyir. Fərz edilir ki, qatil qurbanlarına arxadan hücum edib, belə ki, bıçaq zərbələri boyundadır.
Maraqlıdır ki, Rostiaşvililərin evindən heç nə itməyib. Əməliyyatçıların qeyd etdikləri kimi, qardaşlar çox kasıb yaşayırdılar. İstintaq-əməliyyat qrupunu çaşdıran da elə budur. Axı bu qardaşları öldürmək kimə lazımdır?!
Qonşuların dedikləri kimi, qardaşlar evli deyildilər, sakit yaşayırdılar, heç kimlə işləri yox idi.
Cinayətkarın kimliyi hələ ki, müəyyənləşdirilməyib.
İkiqat ölüm faktı ilə cinayət işi açılıb.
OXŞAR XƏBƏRLƏR