Hindistanın Manipur əyalətində iki icma arasında davam edən qarşıdurmalar səbəbindən universitetlərdə təhsil dayandırılıb.
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, Hindistanın Ali Təhsil Şurası bölgədə baş verən ixtişaların daha da böyüməməsi üçün 11-12 sentyabr tarixlərində universitetlərdə təhsili dayandırmaq əmri verib.
Digər tərəfdən, Hindistan daxili işlər naziri Amit Şahdan təhlükəsizlik qüvvələrini hadisələrə müdaxilə edərək asayişi bərpa etmək üçün tədbirlər görməyə çağırıb.
Qeyd edək ki, polis bölgədə baş verən ixtişaşlarda indiyədək 8 nəfərin öldüyünü açıqlayıb.
Cəmalə