İki rayonun üç yaşayış məntəqəsinə təbii qaz verilib

İki rayonun üç yaşayış məntəqəsinə təbii qaz verilib
Bütün Xəbərlər
21:12 29.07.2015
679

Bu gün Ucar rayonunun Qulabənd kəndinə, eləcə də Yevlax rayonunun Havarlı kəndinə və Türklər məhəlləsinə təbii qaz verilib.

AZXEBER.COM SOCAR-a istinadən xəbər verir ki, ümumilikdə 827 abonent qazla təmin olunub.

Ucar rayonunda keçirilmiş tədbirdə bildirilib ki, 306 abonenti olan Qulabənd kəndinin ilk dəfə qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 17976 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 306 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Yevlax rayonunun 496 abonentlik Havarlı kəndinə təbii qazın verilişinin bərpa olunması ilə əlaqədar keçirilmiş tədbirdə qeyd olunub ki, bu məqsədlə böyük iş görülmüşdür: birpilləli sistem əsasında 33087 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 496 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Həmin gün Yevlax rayonunun Yədilli kəndi ərazisindəki 25 abonenti olan Türklər məhəlləsinə də ilk dəfə təbii qaz verilib. Bu münasibətlə keçirilmiş tədbirdə vurğulanmışdır ki, məhəllənin qazlaşdırılması üçün birpilləli sistem əsasında 2821 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 25 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

OXŞAR XƏBƏRLƏR