Azərbaycanda xeyli sayda xırda buynuzlu heyvanın tələfatı ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
AZXEBER.COM-un verdiyi xəbərə görə, hadisə Bakı-Qazax magistral yolunun 205-ci kilometrliyində Kürdəmir rayon Qarabucaq kəndi ərazisində qeydə alınıb.Belə ki, Bakı istiqamətində hərəkət edən Bakı şəhər sakini, 1974-cü il təvəllüdlü Çıraqov Mahir Həsən oğlu “Mercedes” markalı yük maşını ilə hərəkətdə olarkən qarşı tərəfdən gələn Şirvan şəhər sakini, 1960-cı il təvəllüdlü Əliyev Abxan Gülbala oğlunun idarə etdiyi “KamAZ” markalı yük maşını ilə toqquşub.Toqquşma nəticəsində “Mercedes”in sürücüsü ağır yaralanıb. “KamAZ”ın sürücüsü isə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.Qeyd edək ki, qəza nəticəsində “Mercedes”də olan 100 baş qoyundan 65-i tələf olub, 5 dana isə ciddi xəsarət alıb. “KamAZ”da olan 20 tona yaxın nar isə ətraf ərazilərə səpələnib.Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.