İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO

İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
SOSİAL
01:09 16.06.2026
128
Azərbaycanın ali təhsil müəssisələrində ikinci ali təhsil almaq istəyən şəxslər üçün müəyyən edilən təhsil haqları açıqlanıb.

AZXEBER.COM Xezerxeber.az-a istinadən məlumatına görə, qiymətlər universitet və ixtisasdan asılı olaraq dəyişsə də, bəzi proqramlarda illik ödənişlərin kifayət qədər yüksək olduğu görünür.

Qiymətlərin yüksək olduğu ali təhsil müəssisələri sırasında Bakı Dövlət Universiteti və Dövlət İdarəçilik Akademiyası da yer alır.

Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisasının illik ödənişi 7 min 600 manat, Dövlət İdarəçilik Akademiyasında Dövlət və bələdiyyə idarəetməsi, eləcə də Menecment ixtisasları üzrə təhsil haqqı 6 min manat təşkil edir.

Təhsil üzrə ekspertlər hesab edirlər ki, ikinci ali təhsil əmək bazarında rəqabət qabiliyyətinin artırılması baxımından mühüm imkan yaratsa da, bəzi ixtisaslar üzrə müəyyən edilən yüksək təhsil haqları vətəndaşların bu imkanlardan yararlanmasını məhdudlaşdıra bilər.
Ekspertlərin fikrincə, xüsusilə əmək bazarında ehtiyac duyulan sahələr üzrə daha əlçatan qiymət siyasətinin tətbiqi əlavə təhsilə marağın artmasına müsbət təsir göstərə bilər.

Bəs universitetlərdə tədris edilən təkrar ali təhsil ödənişləri hansı tələblər əsasında formalaşdırılır?

Bakı Dövlət Universitetindən "Xəzər Xəbər”ə bildirildi ki, rəqəmsal təhsil imkanlarının genişləndirilməsi və təhsilalanlara göstərilən xidmətləırin keyfiyyətinin artırılması məqsədilə təhsilhaqqı məbləğlərində dəyişiklik edilib.

Memarlıq və İnşaat Universitetindən isə bildirildi ki, 2-ci ali təhsil zamanı tədris proqramlarının daha effektiv təşkili əsasında qiymətlər müəyyən edilir.

Xəzər Universitetindən isə sorğumuza cavab olaraq bildirildi ki, 2-ci ali təhsil üçün ixtisasların qiymətləri bakalavr üzrə olan qiymətlərin eynisidir.  Yəni, tələbə  bakalavr təhsilində o ixtisasların qiymətləri nədirsə, 2-ci ali təhsildə də eyni məbləğlə təhsil alır.

OXŞAR XƏBƏRLƏR