İl oldu (Ömür yoldaşım Aidə xanımın əziz xatirəsinə) - KÖŞƏ

İl oldu (Ömür yoldaşım Aidə xanımın əziz xatirəsinə) - KÖŞƏ
KÖŞƏ
00:28 21.04.2012
2281
Rafiq ƏLİYEVƏzizim Aidə, sənsizliyin bir ili tamam olur. Sənə birinci məktubumu sənsizliyimin qırxıncı günündə yazdım. İndi ikinci məktubu yazmamaq mənim gücüm xaricindədir. Bu günlərdə dost-tanışı, qohum-əqrəbanı il mərasiminə dəvət edəndə çoxundan eyni şeyi eşitdim: “Bir il nə tez keçdi?” Hardan bilsinlər ki, bir ilin hər günü mənim üçün bir əsrə bərabər idi. Hardan bilsinlər ki, gecələr bu qədər uzun olarmış. Nəvəmiz Nicatın Almaniyadan “Facebook” səhifəmə göndərdiyi Könül Xasıyevanın ifasındakı “Gecələr” şərqisi hər gecə könül həmdəmim olur. Bir də mənim gecə həmdəmim dəyərli dostumuz Şahbaz Xuduoğlunun sənin haqqında çap etdirdiyi “Gözlərin buraxmır məni” kitabıdır. Şahbaz bəyə bu ərməğan üçün həmişə mənən borclu olacam (O, madiyyətə yönəlik düşüncə sahibi deyil). “Dəyərlər” saytından gözəl jurnalist Kamal bu yaxınlarda mənimlə bir saatlıq söhbət elədi. Axırıncı sualı beləydi: “Aidə xanımsız bu bir ildə həyatınız necə keçdi?” Əzizim, əfsuslar ki, sən o cavabı oxuya bilmirsən. Ancaq əminəm ki, o cavab ruhuna hopub: Əgər buna həyat demək olarsa, bu bir ildə bir an belə olmayıb ki, mən onun ruhu ilə bir yerdə olmayım. Ancaq nə etmək olar?” Dünyanın çoxsaylı ölkələrindən olan dostlarımız sənin haqq dünyasına qovuşmağınla əlaqədar başsağlıqları göndərərkən həyata fəlsəfi baxmağı, ailəmizin qalan üzvləri üçün, el üçün, xalq üçün yaşamaq gərəkdiyini tövsiyə edirdilər. Böyük şairimiz Nazim Hikmət demişkən, onsuz da birimiz o birimizdən nə vaxtsa tez getməliyik. Hörmətli yazarımız və dostumuz Elxan Xanəlizadə səndən sonra “Bizi tanıdanlar” adlı bir film çəkdi. Düşünürəm ki, sənsizliyimin acılarını və iztirablarını çox ustalıqla verib. “Gözlərin buraxmır məni” kitabında dəyərli şairimiz Mübariz Məsimoğlunun yazdıqları necə də həyatidir. Jurnalist Mübariz bəydən soruşur ki, yeni yaranan ədəbiyyatımızda qadına ali, ilahi sevgini görmürük. O isə cavabında deyir ki, bu günlərdə mən bu sevgini gördüm və çox təsirləndim, Rafiq Əliyevin qadınına yazdığı məktubu oxudum, bu, əsl ədəbiyyat nümunəsi idi. 10 fevralı – doğum günümü birinci dəfə sənsiz keçirdim. Yalnız bacıların, Kəmalə və Şamil, bir də dostlarım Pərviz və Ramin mənimlə idi. Hamımız səninlə görüşə gəldik. Pərvizin və Raminin həmin gündən yazısına sənin ruhun necə də hopmuşdu… Əzizim Aidə, minnətdaram ki, mənə Kəmalə, Zülfiyyə, Rəşad kimi övladlar bəxş etmisən, Leyli kimi gəlin qismətimizə çıxıb. Bu bir ildə onlar məni heç tənha qoymadılar. Həmişə yanımda oldular. Hərdən Kəmalə mənə irad tutur ki, niyə yeməyini axıra kimi yemirsən. Görən, o bilirmi ki, hər dəfə sənin payını saxlayıram?.. Həyatın qəribə anları varmış. Təzada bax. İndi hər an mən üzülürəm ki, niyə mənimlə bir yerdə deyilsən. Əminəm, sən də düşünürsən ki, nə yaxşı bir yerdə deyilik.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
22:56 18.04.2026
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
22:45 18.04.2026
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
22:24 18.04.2026
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
22:10 18.04.2026
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
21:57 18.04.2026
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
21:38 18.04.2026
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
21:37 18.04.2026
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
21:36 18.04.2026
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
21:34 18.04.2026
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
İlahə Abdullayevaya yeni vəzifə verildi
21:17 18.04.2026
İlahə Abdullayevaya yeni vəzifə verildi
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
21:08 18.04.2026
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
Ağdamda gənc FACİƏLİ şəkildə öldü
21:03 18.04.2026
Ağdamda gənc FACİƏLİ şəkildə öldü
Ceyhun Bayramov ilə Maqdalena Qrono Ermənistan–Azərbaycan normallaşma prosesini müzakirə ediblər
20:52 18.04.2026
Ceyhun Bayramov ilə Maqdalena Qrono Ermənistan–Azərbaycan normallaşma prosesini müzakirə ediblər
Azərbaycan ilə D-8 arasında əməkdaşlığın inkişafı müzakirə edilib
20:42 18.04.2026
Azərbaycan ilə D-8 arasında əməkdaşlığın inkişafı müzakirə edilib
2026-cı ildə TDT-nin iki zirvə toplantısı keçiriləcək
20:21 18.04.2026
2026-cı ildə TDT-nin iki zirvə toplantısı keçiriləcək
Ceyhun Bayramov albaniyalı həmkarı ilə görüşdü
20:11 18.04.2026
Ceyhun Bayramov albaniyalı həmkarı ilə görüşdü