İlahə İbadova: Həyat yoldaşımı alimentə görə məhkəməyə verdim - VİDEO

MAQAZİN
12:56 22.11.2021
2227
Xanəndə İlahə İbadova keçmiş həyat yoldaşını məhkəməyə verdiyini açıqlayıb.

AZXEBER.COM xəbər verir ki, "ARB” televiziyasında yayımlanan "Bazar düzü” verlişinin bu dəfəki qonağı xanəndə İlahə İbadova olub. O, keçmiş həyat yoldaşını alimentə görə məhkəməyə verdiyini açıqlayıb.

O, açıqlamasında deyib: "Ailə həyatını gizlədəndə insanlar deyir ki, açıqlamırsansa, demək ki, günah səndədir. Açıqlayanda isə deyirlər ki, yaman kobudsan. Mən səbrim o qədər böyükdür ki, hətta yazanlara indinin özündə belə gülürəm. Məhkəmələrə gəldikdə isə onu deyim ki, mən sülh adamıyam. İstəmərəm həm öz vaxtımı, həm də qarşı tərəfin vaxtını alım. Ancaq keçmiş həyat yoldaşımı aliment məsələsinə görə məhkəməyə vermişdim. Boşananlarda həmişə belə olub: ikisi də bir-birini günahlandırlar. Amma mən onun dalıyca heç nə danışmadım. Çünki hər kəs öz şəxsiyyətinə hörmət etməlidir. Məhkəmədə mən istədiyim oldu, əsas məsələ də bu idi. Haqlı tərəf mən idim deyə, məhkəməni uddum.” 
 
Ayşən Mirzəyeva

OXŞAR XƏBƏRLƏR