İlham Əliyev 92 məhkumun əfv olunması haqqında sərəncam imzaladı

İlham Əliyev 92 məhkumun əfv olunması haqqında sərəncam imzaladı
Bütün Xəbərlər
18:26 26.12.2011
2016
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 92 məhkumun əfv olunması haqqında 2011-ci il dekabrın 26-da Sərəncam imzalayıb.AZXEBER.COM Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, sərəncam əsasında 75 məhkum azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən, 1 şəxs şərti cəzadan, 2 nəfər islah işləri cəzasından, 14 şəxs isə cərimə cəzasından azad edilib. Azərbaycan Respublikasının Prezidenti əmin olduğunu bildirmişdir ki, əfv edilən şəxslər bu humanist aktdan düzgün nəticə çıxararaq Azərbaycan dövlətinin qanunlarına gələcəkdə dönmədən əməl edəcəklər.
OXŞAR XƏBƏRLƏR