İlham Əliyev: "Abşeron" blokunda iri qaz ehtiyatlarının kəşfi əlamətdar hadisədir"
Bütün Xəbərlər
00:20 10.09.2011
1369
Prezident İlham Əliyev bu gün “Total” şirkətinin böyük vitse-prezidenti Maykl Borrellin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərək “Abşeron” yatağında iri qaz ehtiyatlarının aşkarlanmasını əlamətdar hadisə kimi qiymətləndirib. “Total” şirkətinin böyük vitse-prezidenti isə şirkətin həyata keçirdiyi işlər barədə məlumat verib. Dövlət neft şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə isə "Abşeron" blokundakı yeni qaz yatağının texniki-iqtisadi göstəriciləri və perspektivdə görüləcək işlər barədə təqdimat verib.