İlham Əliyev Albaniya prezidentini təbrik etdi

İlham Əliyev Albaniya prezidentini təbrik etdi
Bütün Xəbərlər
22:46 27.11.2012
701
Azərbaycan prezidenti İlham Əliyev Albaniya Respublikasının prezidenti Buyar Nişaniyə təbrik məktubu ünvanlayıb.AZXEBER.COM-un prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, təbrik məktubunda deyilir:“Hörmətli cənab Prezident, Albaniya Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.Ümidvaram ki, Azərbaycan ilə Albaniya arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir”.
OXŞAR XƏBƏRLƏR