İlham Əliyev: ‘Anlaşma memorandumu da bu məqsədə xidmət edir’ – TƏBRİK MƏKTUBU

İlham Əliyev: ‘Anlaşma memorandumu da bu məqsədə xidmət edir’ – TƏBRİK MƏKTUBU
Bütün Xəbərlər
00:36 12.04.2012
1289
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Türkiyədə keçirilən on beşinci Avrasiya İqtisadi Zirvə toplantısının iştirakçılarına təbrik məktubu ünvanlayıb.AZXEBER.COM-un məlumatına görə, toplantı iştirakçılarını salamlayan Prezident təbrik məktubunda qeyd edib ki, müasir dünyada sülhün və əmin-amanlığın qorunmasına, sosial-iqtisadi tərəqqiyə öz əməli töhfəsini verən Türkiyə Cümhuriyyətində hər il Mərmərə Vəqfinin təşkilatçılığı ilə keçirilən Zirvə görüşləri regional və beynəlxalq əməkdaşlığın genişləndirilməsi, Avrasiya bölgəsində xalqlar və dövlətlərarası siyasi və mədəni əlaqələrin möhkəmləndirilməsi işinə müsbət təsir göstərir."Sonuncu Zirvə toplantısından ötən müddət ərzində region ölkələri arasında iqtisadi, siyasi və humanitar əlaqələr daha da güclənmiş, genişmiqyaslı yeni-yeni transmilli layihələrin əsası qoyulmuşdur. Azərbaycan həmişə olduğu kimi, bu layihələrin reallaşdırılmasında, iqtisadi əməkdaşlığın dərinləşdirilməsində, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında yaxından iştirak edir. Son illərdə intensiv həyata keçirilən və inşası başa çatmaqda olan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi, Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyəti arasında imzalanmış "Trans-Anadolu" qaz xəttinin tikintisinə dair anlaşma memorandumu da bu məqsədə xidmət edir", - İlham Əliyev təbrikində bildirib.Dövlət başçısının sözlərinə görə, dünyada cərəyan edən mürəkkəb proseslər, geosiyasi, geoiqtisadi və strateji maraqların mübarizəsi, ekoloji vəziyyət bir sıra təhlükəli meyillərin meydana çıxmasına, iqtisadi böhranların və sosial gərginliyin yaranmasına yol açır, sülhün və təhlükəsizliyin qorunmasını çətinləşdirir."Qlobal inkişafın yeni çağırışlarına cavab verilməsi üçün dünyanın görkəmli ictimai-siyasi, elm və mədəniyyət xadimlərinin, iş adamlarının və aparıcı beyin mərkəzlərinin müxtəlif formatlarda müzakirələr aparmasına və adekvat qərarlar çıxarmasına ehtiyac duyulur. Bu baxımdan, çoxsaylı ölkələri və beynəlxalq təşkilatları təmsil edən mötəbər nümayəndə heyətlərinin iştirak etdiyi Avrasiya Zirvə toplantılarının səmərəli fəaliyyəti gözlənilən ümidləri doğruldur.İnanıram ki, bugünkü yığıncaqda hamımızı düşündürən regional problemlərin həllinə, dövlətlərarası iqtisadi, siyasi və mədəni əlaqələrin inkişafına təkan verən, xalqlarımızın mənafelərinə xidmət edən yeni ideyalar irəli sürüləcək və qərarlar qəbul olunacaqdır", - məktubda deyilir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
02:01 09.08.2025
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
"İndi biz vaxt itirə bilmərik” - İlham Əliyev
01:57 09.08.2025
"İndi biz vaxt itirə bilmərik” - İlham Əliyev
"Biz müharibə yolu ilə haqq-ədaləti bərpa etdik, indi siyasi müstəvidə nöqtəni də qoyduq"
01:55 09.08.2025
"Biz müharibə yolu ilə haqq-ədaləti bərpa etdik, indi siyasi müstəvidə nöqtəni də qoyduq"
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
01:54 09.08.2025
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
ABŞ dövlət katibi: Cənubi Qafqazda yeni sülh dövrünü alqışlayırıq
01:47 09.08.2025
ABŞ dövlət katibi: Cənubi Qafqazda yeni sülh dövrünü alqışlayırıq
Aİ Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasını alqışlayıb
01:46 09.08.2025
Aİ Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasını alqışlayıb
"Ermənistan Konstitusiyasında nə qədər tez dəyişiklik etsə, bir o qədər yaxşı olar"
01:45 09.08.2025
"Ermənistan Konstitusiyasında nə qədər tez dəyişiklik etsə, bir o qədər yaxşı olar"
Tramp mübahisəli məsələlərin həllində Bakı və İrəvana kömək etməyə hazır olduğunu açıqlayıb
01:32 09.08.2025
Tramp mübahisəli məsələlərin həllində Bakı və İrəvana kömək etməyə hazır olduğunu açıqlayıb
"Azərbaycan və Ermənistan arasında danışıqlar sahəsində boşluq çox davam edə bilməzdi"
01:30 09.08.2025
"Azərbaycan və Ermənistan arasında danışıqlar sahəsində boşluq çox davam edə bilməzdi"
Prezident: Trampla görüşümüz səmimi və dostluq atmosferində keçdi
01:27 09.08.2025
Prezident: Trampla görüşümüz səmimi və dostluq atmosferində keçdi
İlham Əliyev: ABŞ səfərinin nəticələrini yüksək qiymətləndirirəm
01:26 09.08.2025
İlham Əliyev: ABŞ səfərinin nəticələrini yüksək qiymətləndirirəm
İlham Əliyev ABŞ səfərinin nəticələri ilə bağlı mediaya müsahibə verir - CANLI
01:23 09.08.2025
İlham Əliyev ABŞ səfərinin nəticələri ilə bağlı mediaya müsahibə verir - CANLI
Türkiyə XİN Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmaları alqışladı
01:21 09.08.2025
Türkiyə XİN Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmaları alqışladı
İlham Əliyev: 907-ci düzəlişin ləğvi tarixi hadisədir
01:18 09.08.2025
İlham Əliyev: 907-ci düzəlişin ləğvi tarixi hadisədir
Nikol Paşinyan: Tarixi bir gündür və bu, regionumuz üçün uğurdur
01:14 09.08.2025
Nikol Paşinyan: Tarixi bir gündür və bu, regionumuz üçün uğurdur
Ermənistanın Baş naziri: Sülh sazişi iki ölkə arasında yeni mərhələnin açılmasıdır
01:09 09.08.2025
Ermənistanın Baş naziri: Sülh sazişi iki ölkə arasında yeni mərhələnin açılmasıdır