İlham Əliyev: "Azərbaycan-Qazaxıstan münasibətləri zamanın sınağından çıxıb"

İlham Əliyev: "Azərbaycan-Qazaxıstan münasibətləri zamanın sınağından çıxıb"
SİYASƏT
14:37 14.10.2019
3717
Azərbaycan-Qazaxıstan münasibətləri zamanın sınağından çıxıb.

AZXEBER.COM AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 14-də Qazaxıstan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Serjan Abdıkarimovun etimadnaməsini qəbul edərkən deyib.

Dövlət başçısı bildirib: "Sizi Azərbaycanda salamlamağa şadam. Sizə ölkəmizdə uğurlu iş arzulayıram. Əminəm ki, münasibətlərimizin daha da irəliləməsi və inkişafı üçün maksimum səy göstərəcəksiniz. Bildiyiniz kimi, ölkələrimiz arasında münasibətlər çox müsbət istiqamətdə inkişaf edir.

Azərbaycan ilə Qazaxıstan arasında müasir münasibətlərin əsası ölkələrimizin böyük liderləri Heydər Əliyev və Nursultan Nazarbayev tərəfindən qoyulub. Hələ sovet dönəmində onların şəxsi dostluğu və müstəqillik illərində bir-birini qarşılıqlı dəstəkləməsi bizim münasibətlərin təməli olub və bu münasibətlər strateji səviyyəyə çatıb. Son 16 ildə Nursultan Abişeviçlə biz münasibətlərimizi daha da irəlilətmişik, dövlət başçıları səviyyəsində bir neçə səfər olub. Yadımdadır, 2004-cü ildə yeni seçilmiş Prezident kimi mənim ilk rəsmi səfərlərimdən biri, daha dəqiq desəm, sayca üçüncü rəsmi səfərim Qazaxıstana oldu. Bu, bizim münasibətlərin xarakterini vurğulayırdı. Oktyabr ayı yüksək səviyyədə görüşlər baxımından çox məhsuldar olub. Bu ay ərzində mən Prezident Tokayevlə iki dəfə - "Valday" forumunda və MDB sammitində görüşmüşəm. Bu baxımdan bizim ilk əlaqələrimiz də çox ümidvericidir. Prezident Tokayevlə bir-birimizi çoxdan tanıyırıq və həm Azərbaycanda, həm də Qazaxıstanda müxtəlif beynəlxalq tədbirlərdə görüşmüşük. Bu gün biz çox şadıq ki, Nursultan Abişeviç Nazarbayev bizə səfərə gələcək, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının iclasında bu mühüm təşkilatın rəhbəri kimi iştirak edəcək.

Bizim münasibətlərimiz zamanın sınağından çıxıb, həyatın demək olar ki, bütün sahələrini - iqtisadiyyat, energetika, nəqliyyat və humanitar sahələri əhatə edir. Buna görə də əminəm ki, münasibətlərimizin inkişaf perspektivləri çox müsbət olacaq. Biz bundan sonra da beynəlxalq arenada bir-birimizi dəstəkləyəcək, ikitərəfli formatda müştərək layihələri həyata keçirəcəyik. Əlbəttə ki, Azərbaycanda işiniz çox olacaq. Münasibətlərimizin gündəliyi yetərincə zəngindir. Buna görə də sizə uğurlar arzu edirəm. Əminəm ki, Azərbaycanda özünüzü evinizdəki kimi hiss edəcəksiniz. Bir daha xoş gəlmisiniz".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ukrayna Rusiyanın cənubuna PUA ilə hücum edib
19:12 25.06.2025
Ukrayna Rusiyanın cənubuna PUA ilə hücum edib
Kreml: AEBA-nın nüfuzu ABŞ-nin İrana zərbələrindən sonra sarsılıb
18:55 25.06.2025
Kreml: AEBA-nın nüfuzu ABŞ-nin İrana zərbələrindən sonra sarsılıb
İsrail Müdafiə Ordusu: İranın nüvə proqramına dəyən ziyanı qiymətləndirmək hələ tezdir
18:43 25.06.2025
İsrail Müdafiə Ordusu: İranın nüvə proqramına dəyən ziyanı qiymətləndirmək hələ tezdir
Rusiya Yaxın Şərq və Asiyanın bir neçə ölkəsi ilə vizaların ləğvinə hazırlaşır
18:30 25.06.2025
Rusiya Yaxın Şərq və Asiyanın bir neçə ölkəsi ilə vizaların ləğvinə hazırlaşır
Jah Xalibin kariyerası bitir - SƏBƏB
18:06 25.06.2025
Jah Xalibin kariyerası bitir - SƏBƏB
Ombudsman almaniyalı müvəkkili Ermənistanın mina terroru ilə bağlı məlumatlandırıb
17:48 25.06.2025
Ombudsman almaniyalı müvəkkili Ermənistanın mina terroru ilə bağlı məlumatlandırıb
"Qarabağ"ın futbolçularının işğaldan azad olunmuş torpaqlarda yerli sakinlərlə birgə vaxt keçirmək borcudur"
17:33 25.06.2025
"Qarabağ"ın futbolçularının işğaldan azad olunmuş torpaqlarda yerli sakinlərlə birgə vaxt keçirmək borcudur"
Bakıda polis 40 kq narkotik vasitə aşkarladı - Əməliyyat görüntüləri - VİDEO
17:25 25.06.2025
Bakıda polis 40 kq narkotik vasitə aşkarladı - Əməliyyat görüntüləri - VİDEO
“Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin rayon filialının təqdimatı keçirilib -FOTOLAR
17:15 25.06.2025
“Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin rayon filialının təqdimatı keçirilib -FOTOLAR
Tətil günlərində rayonlara getmək istəyən sürücülərin NƏZƏRİNƏ!
16:54 25.06.2025
Tətil günlərində rayonlara getmək istəyən sürücülərin NƏZƏRİNƏ!
NATO sammiti 2026-cı ildə Türkiyədə keçiriləcək
16:41 25.06.2025
NATO sammiti 2026-cı ildə Türkiyədə keçiriləcək
Bakıda maskalı şəxs mağazadan 34 min manat oğurlayıb
16:38 25.06.2025
Bakıda maskalı şəxs mağazadan 34 min manat oğurlayıb
Şəhid ailələri Silahlı Qüvvələr Günü ərəfəsində Zəngilan və Cəbrayılda olublar FOTO - VİDEO
16:19 25.06.2025
Şəhid ailələri Silahlı Qüvvələr Günü ərəfəsində Zəngilan və Cəbrayılda olublar FOTO - VİDEO
Yay aylarında necə qidalanmaq lazımdır?
15:49 25.06.2025
Yay aylarında necə qidalanmaq lazımdır?
Paşinyanın həyat yoldaşı Antalyada milyonlar xərclədi
15:31 25.06.2025
Paşinyanın həyat yoldaşı Antalyada milyonlar xərclədi
Xərçəngə tutulan məşhur aparıcı vəfat etdi
15:25 25.06.2025
Xərçəngə tutulan məşhur aparıcı vəfat etdi