İlham Əliyev Azərbaycanın əsas ərzaq məhsulları ilə təmini üçün görüləcək işlərdən danışıb

İlham Əliyev Azərbaycanın əsas ərzaq məhsulları ilə təmini üçün görüləcək işlərdən danışıb
SOSİAL
21:35 12.01.2022
258
"Biz azad edilmiş torpaqlarda vaxt itirmədən əkin işlərinə başlamışıq və böyük vəsait səfərbər etmişik, özəl şirkətlərə, fermerlərə təlimat vermişik və artıq orada əkin işləri başlanıb".

Bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində deyib.

"Amma biz onu da bilməliyik ki, azad edilmiş torpaqlar sovet dövründə daha çox heyvandarlıq üçün istifadə olunurdu. Yəni orada - dağlıq ərazilərdə, xüsusilə Kəlbəcər, Laçın, Zəngilan rayonlarında bitkiçiliklə məşğul olmaq ənənəsi olmayıb. Orada üzümçülük, tütünçülük, heyvandarlıq, pambıqçılıq inkişaf etmişdi. Ermənilər işğal dövründə 100 min hektarda taxıl əkirdilər və təqribən 100 min tona yaxın buğda əldə edirdilər. Yəni bu, Ermənistan üçün böyük rəqəmdir. Amma bizim üçün bu, böyük rəqəm deyil. Əgər azad edilmiş mövcud torpaqlarda taxılçılıq üçün yararlı olan və məqbul sayılan yerlərdə əkin aparılsa, indiki məhsuldarlıqla təqribən 200 min tona yaxın buğda götürmək mümkündür. Yəni bu da reallıqdır. Yəni bu, bizim kəsirimizi, 1,3 milyonluq kəsirimizi örtmür. Onu da bilməliyik ki, əhali artır, ildən-ilə tələbat artır, pandemiyaya görə ölkəmizə xarici vətəndaşların gəlişində azalma olub. Pandemiyadan sonra yenə də milyonlarla turist gələcək. Ona görə özümüzü demoqrafik perspektivləri nəzərə alaraq təmin etmək üçün biz ancaq müasir texnologiyalar, müasir suvarma sistemləri, iri fermer təsərrüfatları yaratmalıyıq. Kiçik fermer təsərrüfatlarına indi kömək göstərilir, subsidiyalar və metodik tövsiyələr verilir. Bu işi də təkmilləşdirməliyik. İstisna edilmir ki, biz artıq bu məsələ ilə də məşğul olmağa başlamışıq - başqa ölkələrdə taxılçılıq üçün məqbul olan münbit torpaqları icarəyə götürüb, orada məhsul yetişdirmək və Azərbaycana gətirmək. Ona görə bu, real mənzərədir. Bizim istəyimizlə imkanlarımız bu gün üst-üstə düşmür. Ona görə hər kəs bu real vəziyyəti bilməlidir və nə mümkünsə biz edirik. Mən demək olar ki, gündəlik formatda bu işlərlə məşğul oluram. Ümid edirəm ki, ölkəmizdə, o cümlədən kənd təsərrüfatında aparılan islahatlar, iqtisadi mühitin və biznes mühitinin yaxşılaşdırılması sayəsində biz böyük dərəcədə bu məqsədlərə çatacağıq. Hər halda, biz buğdadan başqa digər əsas ərzaq məhsulları ilə özümüz-özümüzü təmin etməliyik, mən buna inanıram", - dövlət başçısı vurğulayıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
13:51 16.09.2025
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
13:41 16.09.2025
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
13:38 16.09.2025
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
13:36 16.09.2025
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
Sentyabrın 21-də Günəş tutulması olacaq
13:30 16.09.2025
Sentyabrın 21-də Günəş tutulması olacaq
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
13:20 16.09.2025
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
13:07 16.09.2025
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
12:52 16.09.2025
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
12:48 16.09.2025
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib - FOTO
12:45 16.09.2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib - FOTO
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
12:22 16.09.2025
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
Nazpəri Dostəliyeva: Onun məzarına  gəlməyi özümə borc bildim
12:14 16.09.2025
Nazpəri Dostəliyeva: Onun məzarına gəlməyi özümə borc bildim
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
12:10 16.09.2025
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
12:04 16.09.2025
“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
"Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı"
11:57 16.09.2025
"Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı"
"Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”
11:30 16.09.2025
"Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”